Vahid Əhmədov: “Nəyə görə biz ölkədə rəqabətin olmasınlı istəmirik, məqsəd nədir?”

 Vahid Əhmədov: “Nəyə görə biz ölkədə rəqabətin olmasınlı istəmirik, məqsəd nədir?”
Vahid Əhmədov: “Əgər bu qanun qəbul olunmayacaqsa, açıq şəkildə millətə demək lazımdır ki, Azərbaycanda heç bir rəqabət olmayacaq”

“Strateji yol xəritəsinin həyata keçirilməsi üçün bir sıra addımlar atılmalıdır, qanunlar qəbul olunmalıdır. Amma çox təəssüflər olsun ki, bu qanunlar gündəliyə salınmır. Birincisi maliyyə nəzarəti haqqında qanunun qəbuludur”.

Deputat Vahid Əhmədov bunu Milli Məclisdəki müzakirələr zamanı söylədi. O, bildirdi ki, əgər biz korrupsiya və rüşvətxorluğun müəyyən qədər aradan qaldırılmasını istəyiriksə, bu qanunun qəbulu çox mühümdür: “Maliyyə Naziriliyi də dəfələrlə deyib ki, bu qanunun üzərində işləyirlər. Ancaq bir neçə ildir bu qanun Milli Məclisə daxil olmayıb. Xahiş edirəm bu qanun gündəliyə salınsın”. V.Əhmədov dedi ki, qəbulu zəruri olan ikinci qanun Rəqabət Məcəlləsidir: “Bu layihə iki dəfə Milli Məclisdə müzakirə olundu. Amma sonradan Rəqabət Məcəlləsi hara getdi, necə oldu, xəbərim yoxdur. Əgər bu qanun qəbul olunmayacaqsa, açıq şəkildə millətə demək lazımdır ki, Azərbaycanda heç bir rəqabət olmayacaq. Nəyə görə biz ölkədə rəqabətin olmasınlı istəmirik, məqsəd nədir? Azərbaycanda monopoliyanı aradan qaldırmaq lazımdır. Bütü n dünyada bu qanun qəbul olunsa da, Azərbaycanda qəbuı olunmur. Hansı qüvvələrdir ki, bu qanunun qəbul olunmasına mane olur? Cənab prezidentin atdığı addımlar əhali tərəfindən yüksək qiymətləndirilir. Mən də millət vəkili olaraq Strateji yol xəritəsinin qəbulunu çox yüksək qiymətləndirirəm. Biz bu sənəddə əksini tapan müddəaları həyata keçirsək, problemlərin həllinə nail ola bilərik”.

Spiker O.Əsədov dedi ki, qanunun təşəbbüskarı iki müzakirədən sonra layihəni saxlayıb, geri qaytarıb. 2008-ci il böhranından sonra vəziyyət dəyişib və qanuna düzəlişlər etmək zərurəti yaranıb. Nə vaxt parlamentə daxil olacaqsa, onda da müzakirə edəcəyik”.

V.Əhmədov əlavələr etmək istədikdə, spiker “xahiş edirəm, yerindən danışma, mən qulaq asdım, sənin də hövsələn olsun, qulaq as!” deyə, reaksiya verdi.

Musavat.com

Vahid Əhmədov: “Nəyə görə biz ölkədə rəqabətin olmasınlı istəmirik, məqsəd nədir?”

  • 1-02-2017, 12:38
  • 222


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Aşıq Pəri Məclisi" “Azərxalça” ASC-nin İsmayıllı filalında xalçaçı xanımlarla görüşüb
  2. Norveç Azərbaycandakı səfirliyini niyə bağlamalı oldu?!
  3. “Regionlarda ailə dəyərlərinin təbliği ilə bağlı tədbirlərin təşkili” layihəsinin yekun təqdimat tədbiri keçrildi
  4. Bizim fərqimiz -Ənvər Ağazadədən siyasi iddia
  5. Qazi qardaşları Baş qazi Etimad Əsədova cümə axşamı mərasimi keçirdi.+VİDEO
  6. Əli Abbasovun da Londonda əmlakı ortaya çıxdı? - Sabiq nazirin oğlu açıqlama yaydı
  7. Dövlət Qeydiyyat İmtahan idarəsi, yoxsa Məlixanın kolxoz bazarı..? - Cavabsız qalan VİDEO görüntülər
  8. Abel Məhərrəmovu BDU-da kim əvəzləyir? - AÇIQLAMA
  9. ''Neftçala İcra Hakimiyyətinin başçısı məndən 70 min manat alıb'' - VİDEO
  10. HÜSEYN CAVİD İNSAN HAQQINDA ( Üçüncü yazı)
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
MARAQLI