Bakıda şagird sinif yoldaşını bıçaqlayıb

Bakıda şagird sinif yoldaşını bıçaqlayıbBinəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən 217 saylı orta məktəbin həyətində bıçaqlanma hadisəsi qeydə alınıb.

Məktəbin direktoru Bənövşə Cəfərova bildirib ki, hadisə bu gün səhər 07:45 radələrində baş verib və Musayev Nemət Afiyəddin oğlu öz sinif yoldaşı Əmənov Elturan Elçin oğluna bıçaqla xəsarət yetirib.

“Hər iki uşaq 9-cu sinifdə oxuyur. Səhər saatlarında bizə xəbər gəldi ki, Elturan bıçaqlanıb. Dedilər ki, guya zarafatlaşıblar. Xəsarət alan şagirdin qardaşı 8-ci sinifdə oxuyur, o da təsdiqləyib ki, sinif yoldaşları zarafatlaşan zaman belə hadisə baş verib. Eltruran bədən nahiyəsindən zədə alıb. Yaralı şagirdi Xocahəsən xəstəxanasına aparıblar. Xəstəxanada heç kim olmadığı üçün o, təcili tibbi yardımla 1 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb. Xəstəxanada ona bir tikiş qoyulub. Hadisəni törədən məktəbli isə Binəqədi rayon Polis İdarəsinin 40-cı polis bölməsinin əməkdaşları tərəfindən dindirilir. Valideynlərinə də bu haqda məlumat verilib”.

Direktor bildirib ki, sinif yoldaşına xəsarət yetirən Nemət yaxşı oxuyan şagird olmayıb və dəfələrlə onun valideynlərinə bu haqda məlumat verilib. “Xəsarət alan Elturan isə tərbiyəli şagirddir. Nəyə görə bu hadisənin baş verdiyini bilmirik, bizə elə zarafatlaşdığını dedilər”.(Azvizion.az)

Bakıda şagird sinif yoldaşını bıçaqlayıb

  • 3-02-2017, 11:44
  • 234


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Aşıq Pəri Məclisi" “Azərxalça” ASC-nin İsmayıllı filalında xalçaçı xanımlarla görüşüb
  2. Norveç Azərbaycandakı səfirliyini niyə bağlamalı oldu?!
  3. “Regionlarda ailə dəyərlərinin təbliği ilə bağlı tədbirlərin təşkili” layihəsinin yekun təqdimat tədbiri keçrildi
  4. Bizim fərqimiz -Ənvər Ağazadədən siyasi iddia
  5. Qazi qardaşları Baş qazi Etimad Əsədova cümə axşamı mərasimi keçirdi.+VİDEO
  6. Əli Abbasovun da Londonda əmlakı ortaya çıxdı? - Sabiq nazirin oğlu açıqlama yaydı
  7. Dövlət Qeydiyyat İmtahan idarəsi, yoxsa Məlixanın kolxoz bazarı..? - Cavabsız qalan VİDEO görüntülər
  8. Abel Məhərrəmovu BDU-da kim əvəzləyir? - AÇIQLAMA
  9. ''Neftçala İcra Hakimiyyətinin başçısı məndən 70 min manat alıb'' - VİDEO
  10. HÜSEYN CAVİD İNSAN HAQQINDA ( Üçüncü yazı)
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
MARAQLI