'Bankların zərəri elan olunandan 2 dəfə çoxdur'

'Bankların zərəri elan olunandan 2 dəfə çoxdur'
Əkrəm Həsənov

Ötən ilin sonu Azərbaycanda fəaliyyət göstərən 32 bankın cəmi aktivləri 31 milyard 439.5, öhdəlikləri isə 29 milyard 530.7 milyon manat təşkil edib. Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP-dən) verilən məlumata görə, bu sektorun balans kapitalı 1 milyard 908.8 milyon manatdır. Əhalinin isə 7 milyard 432.1 milyon manat əmanəti var.

Palatanın açıqladığı hesabata görə, bu ilin əvvəlinə bank sektorunun cəmi zərəri 1 milyard 667.6 milyon manat təşkil edib. Ötən ilin 11 ayında isə bank sektoru 1 milyard 271.5 milyon manat zərər etmişdi. Ötən il ölkədə 10-dan çox bank bağlanıb. Bu, onların öhdəliklərini yerinə yetirə bilməmələri ilə izah edilib.

«BANKLARIN ZƏRƏRİ İLƏ BAĞLI RƏQƏM FORMALDIR»

MBNP-nin bank sektoru ilə bağlı hesabatını dəyərləndirən bank məsələləri eksperti Əkrəm Həsənov deyir ki, bu, bankların birləşdirilmiş maliyyə hesabatıdır: «Bankların təxmini yarısı hesabatını ictimaiyyətdən gizlədir. Heç olmasa, icmal formasında görürük».

Ekspert əlavə edir ki, hesabatda gözəçarpan 3 məqam var. Onun fikrincə, bankların zərəri ilə bağlı rəqəm formaldır: «Real rəqəm, azı, iki dəfə çoxdur. Çünki ümidsiz problemli kreditlərin çoxu nəzərə alınmayıb. Həmin kreditlər formal olaraq qaytarılma prosesindədir, amma reallıqda batıb və banklar bir müddət sonra bunu etiraf etməli olacaq. Digər tərəfdən, ümumiyyətlə, banklarımız problemli kreditlərin real həcmini də azaldır və bunu artıq beynəlxalq reytinq agentlikləri də deyir».

Ə.Həsənov bildirir ki, palatanın hesabatına görə, bankların kreditlər üzrə yaratdığı ehtiyatlar 1.212 milyard manatdır. Məhz bu ehtiyatları (xərcləri) azaltmaq üçün banklar problemli kreditlərin həcmini azaldır. Bu məsələdə də hesabata etimad etməyin mümkün olmadığını söyləyən ekspert real durumun qat-qat pis olduğunu vurğulayır.

«BU İL DAHA PİS OLA BİLƏR»

Hüquqşünas əlavə edir ki, hesabatda diqqətçəkən digər məsələ bank əmanətləridir: «Ötən il yanvarın 1-nə əmanətlərin həcmi 9 milyard 473.9 milyon manat idi. Dekabrın sonuna 7 milyard 432.1 milyon manat qalıb. Yəni, 2 milyard 41.8 milyon manat azalma baş verib. Bəllidir ki, əksər əmanətlər dollardadır. Dollar ekvivalentində əgər yanvarın 1-də banklarda 6 milyard 691 milyon əmanət var idisə, ilin sonuna 4 milyard 197.2 milyon qalıb. Yəni, il ərzində 1 milyard 871.9 milyon dollar əmanət çıxarılıb. Bank sistemi üçün çox böyük itkidir».

Ə.Həsənovun fikrincə, 2016-cı il yeni əsrdə ölkənin bank sistemi üçün ən ağır il olub və gedişat bu ilin daha da pis olacağını göstərir./azadliq.org/

Xeberdar.net

'Bankların zərəri elan olunandan 2 dəfə çoxdur'

  • 6-02-2017, 10:26
  • 285


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Mən Kamal Abdullanın qərəzli şəkildə ləkələdiyi əmək kitabçamın davasını aparıram, kreslo davasını yox!
  2. Övladının günahını valideynlərindən çıxan riyakar” Qəhrəman ” lar
  3. Sənin soyun dünyanın sonuna kimi artacaq və bəşər durduqca Uca Allahın adını Həmd-səna ilə anacaqlar!
  4. Zakir Fərəcovun birinci müavini qoçuluq edir... - “Bizi işdən çıxarmaqla hədələyir...“
  5. Mirvarid Dilbazi yad edilib
  6. GORANBOYDA GƏRGİNLİK – Polisin güllələdiyi şəxs öldü (YENİLƏNİB)
  7. Baş Prokurorluq və DİN Goranboydakı hadisəylə bağlı birgə məlumat yaydı
  8. İqbal Ağazadə: " Bu məsələdə DSX məsuliyyət daşıyır."
  9. Azərbaycanın dağlıq və dağətəyi rayonlarında leysan yağacaq- Nazirlik məlumat yaydı
  10. “Sərhəddə baş verənlər bizim üçün utancvericidir” – DEPUTAT
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MARAQLI