Le Pen Fransaya "inqilab" vəd edir

Le Pen Fransaya "inqilab" vəd edir
The Telegraph" yazır ki, Fransada ifrat sağçı lider Marine Le Pen bazar günü özünün rəsmi prezidentlik kampaniyasına başlayarkən "yeni inqilab" vəd edib.
O deyib ki, ABŞ-da Donald Trump-ı hakimiyyətə gətirmiş qüvvələr ona da qələbə bəxş edəcək.

"Tarix küləyinin səmti dəyişib və o bizi zirvəyə aparacaq" - deyib Le Pen Lion şəhərində onu alqışlayan 3 minlik kütlə qarşısında.
Ondan bir gün əvvəl burada mərkəzçi namizəd Emmanuel Macron çıxış etmişdi. O hazırda rəy sorğularına görə ən populyar siyasətçidir, lakin o da mövcud üsul-idarəni devirəcəyini vəd edir.
Milli Cəbhə Partiyasının 48 yaşlı lideri Le Pen isə deyib ki, "bu seçkidə Fransanın taleyi həll olunur".
O bəyan edib ki, söhbət Fransanın bir ölkə kimi qalıb-qalmayacağından gedir və indiki qarşıdurma solçularla sağçılar arasında yox, vətənpərvərlərlə qlobalistlər arasındadır.
Əksər rəy sorğuları xanım Le Penin seçkinin birinci dövrəsində qalib gələcəyini, ikinci dövrədə isə cənab Macrona uduzacağını göstərir. Macron mühafizəkar namizəd Francois Fillon-la bağlı korrupsiya qalmaqalı qalxandan bəri rəy sorğularında bir qədər irəli çıxıb.
Bununla belə "The Telegraph" yazır ki, bu Fransanın tarixində ən az proqnozlaşdırıla bilən seçkidir və ifrat sağçı namizədin tərəfdarları Brexit və Trump-dan sonra şanslarının artdığını düşünürlər.
Xanım Le Pen deyib ki, tarix Donald Trump kimi adamların nəinki seçilə biləcəyini və hətta vədlərinə əməl edəcəyini göstərdi.
O Fransaya vətənpərvərliyə söykənən "inqilab" vəd edir.
Onun şənbə günü açıqladığı manifest Fransanın avrozonadan çıxması, Aİ üzvlüyü məsələsinə dair referendum keçirilməsi, idxal üzərinə ağır vergilərin qoyulması və işçilərin penisya yaşının azaldılması və bir sıra müavinətlərin artırılmasını nəzərdə tutur.
Bundan başqa xanım Le Pen vəd edir ki, o prezident seçilərsə, ölkəyə heç bir qanunsuz miqrant gəlməyəcək və onlara sosial təminat müavinətləri verilməyəcək.
Le Penin tərəfdarlarından biri - 68 yaşlı pensiyaçı Guy Ughetto "The Telegraph" qəzetinin müxbirinə deyib ki, "Fransa Afrika və Şimali Afrikanın işğalına məruz qalıb".
Xanım Le Penin "maliyyə qloballaşması və İslam qloballaşması bir-birinə bağlıdır və məqsəd Fransanı diz çökdürməkdir" sözləri gurultulu alqışlarla qarşılanıb./BBC/

Xeberdar.net

Le Pen Fransaya "inqilab" vəd edir

  • 6-02-2017, 12:05
  • 309


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Unutmayaq ki,biz müəllimik" - Müəllim Günay Bayramlı - TƏHSİL
  2. Azərbaycan Respublikasının e-ticarət qanunvericiliyi mövzusunda ikinci onlayn təlim keçrildi
  3. Tofiq Yaqublu xəstəxanaya yerləşdirilir
  4. "Bakı Metropoliteni"nin idarə rəisi işdən çıxıb
  5. Şirkət direktoruna 500 min dollarını mənimsədiyi xanım iş adamından ŞOK İTTİHAM -- VİDEO / FAKT
  6. TOFİQ YAQUBLU İLƏ BAĞLI PREZİDENTƏ MÜRACİƏT EDİLDİ - Siyasi partiyalar tərəfindən
  7. 21 yaşlı qız özünü hərəkətdə olan avtomobildən yola atıb –Kürdəmirdə
  8. Livan erməniləri Dağlıq Qarabağa köçürülür
  9. Payızda bu ölkələrdə COVID-19-dan ölənlərin sayı artacaq - ÜST
  10. İCRA BAŞÇISI VİLLASININ ƏTRAFINA YAŞILLIQ SALDI - Sakinlərin yolunu kəsdi + VİDEO
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MARAQLI