Faiq Ələkbərli Türk Yurdunda Azərbaycan türklərinin “İran” və “İrançılıq” problemindən yazdı

Faiq Ələkbərli Türk Yurdunda Azərbaycan türklərinin “İran” və “İrançılıq” problemindən yazdı
Bütöv Azərbaycan Ocaqlarının (BAO) Türk Dünyasıyla Əlaqələr üzrə müavini, eyni zamanda AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərlinin (Qəzənfəroğlu) Türkiyənin tanınmış “Türk Yurdu” dərgisinin fevral sayında “Azerbaycan Türklerinin “İran” ve “İrancılık” Sorunu” (Şubat 2017 - Yıl 106 - Sayı 354) adlı məqaləsi nəşr olunmuşdur. Azərbaycan Türk aydını adı çəkilən məqaləsində “İran” və “İrançılıq” məsələlərinin türklərin, o cümlədən Azərbaycan türklərinin həyatında oynadğı mənfi məqamları ön plana çəkmişdir. Məqalədə Sovetlər Birliyi və Pəhləvilər dönəmində Azərbaycan türklərinin şüurlarına yeridilən yanlış ideyaları ifşa edən müəllif, bununla da “İran” və “İrançılığ”ın əsil mahiyyətini ortaya çıxarmağa çalışmışdır. F.Ələkbərliyə görə, İran və Turan məsələlərinin gündəmə gətirilməsində Avropa alimləri, ideoloqları da mühüm rol oynamışlar
Müəllifin fikrincə, Azərbaycan türkləri “İran” və “İrançılıq” ideyalarına qəti şəkildə məsafə qoymalı, tarix boyu sahibi olduğu Turan və Turançılıq ülkülərinə yenidən qayıtmalıdırlar. Bu anlamda məqalədə Turan və Turançılıq ülküsünün Azərbaycan türklərinin həyatında oynadığı mühüm rolu da önə çəkən F.Ələkbərli “İran türkləri”, “İran Azərbaycanı” yerinə Turan türkləri, Turan Azərbaycanı anlayışlarının gündəmə gətirilməsi tezislərini ortaya atmışdır.

Məqalənin tam mətniylə aşağıdakı linkdən tanış ola bilərsniz:

https://www.turkyurdu.com.tr/yazar-yazi.php?id=2840

Faiq Ələkbərli Türk Yurdunda Azərbaycan türklərinin “İran” və “İrançılıq” problemindən yazdı

  • 7-02-2017, 15:00
  • 540


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Vaqif Əliyevin qohumlarının tender talanı???-VİDEO
  2. Dünyanın ən çox spirtli içki içilən ölkələri – SİYAHI
  3. Sabah hava necə olacaq –Proqnoz
  4. Adil Vəliyev "SAĞ ƏLİ"Nİ azadlığa çıxardı - 280 min rüşvətlə tutulmuşdu...
  5. Göyçayda "Nar" festivalı keçirilib - FOTO/VİDEO
  6. “Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb” –DİN açıqlama yaydı
  7. Avropa Şurasına sədrlik Gürcüstana keçəcək –Noyabrın 27-dən
  8. Gəncədəki qətllə bağlı DİN və Prokurorluq məlumat yaydı
  9. MSK sədri vəd verdi:“Bələdiyyə seçkiləri tam demokratik şəkildə keçiriləcək”
  10. Ərdoğan ABŞ-a səfər edib –Trampla görüşdə nələr müzakirə olunacaq?
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MARAQLI