“Bu Ermənistan XİN-in uğursuzluğudur” – Erməni politoloq

“Bu Ermənistan XİN-in uğursuzluğudur” – Erməni politoloq
Sabah Qazaxıstan da Belarusun yolu ilə gedə bilər

Bloqqer Aleksandr Lapşinin ekstradisiyası ilə bağlı vəziyyət erməni diplomatiyasının uğursuzluqlarının göz qabağında olduğunu göstərdi.

“Report” Ermənistan KİV-nə istinadən xəbər verir ki, bunu erməni polittexnoloq Karen Koçaryan şənbə günü keçirilən mətbuat konfransında deyib.

“Gəlin baxaq görək bizdə səfir kimlər olur? Bunlar keçmiş deputatlardırlar: siyasi meydandan gedən və “diplomat” olanlar. Onlar nə peşəkar, nə də diplomatik korpusun nümayəndələri deyillər”, – deyə o bildirib.

Politoloq hesab edir ki, Lapşinin Belarusdan Azərbaycana ekstradisiyası ilə bağlı vəziyyət MDB-də ermənipərəst ölkələrin sayının azalmaqda olduğunu göstərdi və onun fikrincə, bunda erməni xarici siyasət idarəsinin də günahı var.

“Lapşin məsələsinin Ermənistanın işi olmamasına dair iddialar düzgün deyil. Hazırda hər şey siyasiləşib. Və sabah Qazaxıstan da Belarusun yolu ilə gedə bilər” – deyə o əlavə edib.

Öz növbəsində bloqqer və mediaekspert Tiqran Koçaryan qeyd edib ki, Ermənistanın Xarici İşlər Nazirliyi, həqiqətən MDB ölkələrində olduqca passivdir.

“Axı Lukaşenko anadan azərbaycanyönlü doğulmayıb. O tədricən bizim gözümüzün önündə belə olub. Və çox təəssüf ki, bizim XİN bu prosesin qarşısını almaq üçün heç nə etmədi. Bu bir neçə ildə səfirimizin Belarusda nə işlə məşğul olduğu anlaşılmazdır” – deyə o bildirib.
Xeberdar.net

“Bu Ermənistan XİN-in uğursuzluğudur” – Erməni politoloq

  • 12-02-2017, 11:36
  • 428


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "...Hərbçilərin əmək haqlarının yarıbayarı azaldılması səhv qərardır. Onlar indi də təhlükə ilə üz-üzədir..." - MÜTƏLLİM RƏHİMLİ
  2. Oğlu döyüşdən qayıdan ananın sevincdən ürəyi dayanıb.
  3. Fişəng atan şəxs müəyyən edilərək saxlanılıb
  4. Sübuta yetirilməyən və qanunsuz sübutla yazılan cərimələrə xitam veriləcək
  5. "Hər gün 30-dək meyitin ekspertizası keçirilir" - "Döyüşdə öldürülən 766 erməni hərbçi tanınmaz haldadır"
  6. Ukraynanın türk PUA-sına ümidləri:RUSİYALI EKSPERT BƏDBİN PROQNOZLARI İLƏ DONBASDA "QARABAĞ SSENARİSİ"Nİ ŞÜBHƏYƏ ALIR
  7. Sabah hava necə olacaq? –Proqnoz
  8. Gənclər və idman naziri Azad Rəhimov komaya düşüb
  9. Korrupsiyaya qarşı Mübarizə idarəsi əməkdaşları Salyan və Masallıda əməliyyat keçirdi. - SAXLANILANLAR VAR!
  10. DİN SOSİAL ŞƏBƏKƏ İSTİFADƏÇİLƏRİNƏ XƏBƏRDARLIQ ETDİ
«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI