Amerikada Məşğulluq

Amerikada Məşğulluq



Amerikada məşğulluq haqda çıxan son hesabatda əmək bazarında vəziyyətin aprel ayında yenidən yaxşılaşdığı göstərilib. Mart ayında bir həftə ərzində 85 min iş yerinin açılması ilə məşğulluq səviyyəsi yüksəldikdən sonra ötən ay 223 min iş yeri də açılıb. Məşğulluq səviyyəsinin yalnız 5,4 faiz aşağı düşməsi gözlənilir, bu da iqtisadçıların bir il əvvəl verdikləri proqnozdan olduqca aşağı göstəricidir.

Buna baxmayaraq, Amerikanın iqtisadiyyatı tam güclü deyil. Ötən ilin sonundan bir çoxları neft qiymətlərinin aşağı olması sayəsində 2015-ci ilin əmək bazarı üçün yaxşı keçəcəyini düşünürdü. İndiyə qədər belə də olub. Faiz dərəcələrinin ən aşağı səviyyədə olmasına baxmayaraq, ilin birinci rübündə ÜDM illik norma ilə sadəcə 0,2 faiz artdı. Təəccüblüdür ki, neftin ucuz olması istehlakçı xərclərini artırmadı. Əksinə, bəlkə də, xəbərlərin pis olmasının səbəbi pis hava şəraiti və amerikalıların əmək haqqı artımının zəif olması üzrə narahatlıqlarıdır. Daha pisi isə odur ki, neft qiymətlərinin düşməsi enerji şirkətləri tərəfindən investisiya qoyuluşunun azalmasına səbəb oldu, bu da bu investisiyalardan asılı olan sahələrdə iqtisadiyyata böyük zərər verdi.

Məşğulluq haqda son hesabat sizi aldatmasın. Amerikada əmək bazarı heç də çox böyük gücə malik deyil. ITG konsultasiya şirkətində çalışan Stiv Blitzin bildirdiyi kimi 25-34 yaş arası üçün götürülən məşğulluq-əhali nisbətinin (işləyən əhalinin ümumi iqtisadi fəal əhaliyə nisbəti) davamlı artımı son aylarda zəifləyib (təxminən 77 faiz). Tam ştat iş axtarıb yalnız yarımştat iş tapa bilən insanların sayı azalsa da, böhrandan əvvəl olduğundan daha yüksək olaraq qalır. Eyni şey “həvəsdən düşmüş”, yəni işləmək istəyən, lakin iş axtarmağın mənası olmadığını deyən əmək qabiliyyətli insanlara da aiddir.


4npress.com

Amerikada Məşğulluq

  • 25-05-2015, 05:25
  • 904


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Korona xəstələrini sağaldan amerikalı həkim HƏR ŞEYİ AÇDI: Ən effektiv dərman budur və yoluxmamaq üçün...
  2. İqbal Ağazadə: "Ərzaq üçün müraciət edən hər bir ailəyə üzvlərinin sayına uyğun qida rasionu müəyyən edilməli, evlərə çatdırılmalıdır"
  3. Gilanın "qanlı bağı"-VİDEO
  4. Türkiyədən koronovirusla bağlı müjdəli xəbər: 6 aprel tarixində....
  5. Bu gündən bu şəxslər xidməti vəsiqə və ya iş yeri barədə arayışla evdən çıxa biləcək - SİYAHI
  6. Salyan Rayonunda koronavirus pandemiyası ilə mübarizəyə dəstək olmaq məqsədi ilə tibbi maskaların tikilməsinə başlanıb
  7. Azaqlıq Aşiqi - Ələkbər Talıbov
  8. Prezident Sumqayıt yolundakı vəziyyətə baxdı FOTO
  9. Rusiyanın ABŞ-a göndərdiyi tibbi ləvazimatlarla bağlı qalmaqal – Sanksiya qoyulan zavodda istehsal olunub
  10. Siyasi partiyadan təqdirəlayiq addım- ehtiyacı olan ailələrə yardım edildi
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI