ŞƏKİDƏ TÜRK DÜNYASININ BƏXTİYARI SEVGİLƏRLƏ ANILDI...-Fotolar

ŞƏKİDƏ TÜRK DÜNYASININ BƏXTİYARI SEVGİLƏRLƏ ANILDI...-Fotolar

“Oğuzdan törədim, türk oğlu türkəm,
Poladdan kövrəyəm, dəmirdən bərkəm.
Alçalda bilməzsən məni, a nadan,
Mən bu görkəmimlə dünyaya görkəm!”

Şəki Dövlət Regional Kollecində yuxarıdakı möhtəşəm misraların müəllifi, Türk Dünyasının Böyük Mütəfəkkir Şairi BƏXTİYAR VAHABZADƏnin xatirəsinə həsr olunmuş anım gecəsi keçirildi. TədbirdəŞəkiRayonicrabaşçısınınmüaviniZərinəCavadova, şairlərdənVaqifAslan, QiymətMəhərrəmlivəMəhəmmədKöçkünçıxışetdilər. Çıxış edənlər şairin unudulmaz xatirəsinə ehtiramlarını ifadə edərək bildirdilər ki, artıq 9 ildir aramızda olmasa belə, özündən sonra qoyduğu bənzərsiz əsərləri və nəsillərə örnək ola bilən ömür yolu onu bizə hər andaha da yaxınlaşdırmaqda, daha da sevdirməkdədir. Bu gün bu misilsiz söz sənətkarı ilə öyünən təkcə doğulduğu Şəki torpağı deyil, bütövlükdə TÜRK DÜNYASIDIR.
Gecədə Bəxtiyarsevərlərə şair-publisist Dərviş Osman Əhmədoğunun unudulmaz müəlliminə həsr etdiyi "219-cu auditoriya" kitabı da təqdim olundu.Kitabın tərtibçisi və redaktoru Qiymət Məhərrəmli tədbir iştirakçılarının nəzərinə çatdırdı ki, “219-cu auditoriya” oxucuları müəllifin Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil aldığı illərə - Bəxtiyar Vahabzadənin dərs dediyi auditoriyaya səyahətə aparacaq. Halal bir tələbənin öz halal müəlliminə övladlıq borcu kimi araya-ərsəyə gələn bu işıqlı toplu əsas etibarilə müəllifin “Elimiz.Günümüz” qəzetinin 2011-2012-ci illər ərzində işıq üzü görmüş 21 sayında dərc edilən “219-cu auditoriya: Bəxtiyar Vahabzadə dərsləri...” adlı silsilə yazıları əsasında tərtib olunmuşdur.Həzin, kövrək yaşantılar, qanadlı xatirələr əsasında qələmə alınmış bu kitab Osman Əhmədoğlunun sevimli müəllimi, Türk Dünyasının fəxri, unudulmaz xalq şairi Bəxtiyar Vahabzadə haqqında sənədli povesti də adlandırıla bilər.
Mərasimdə kollecin müəllim və tələbələrdən ibarət özfəaliyyət kollektivinin ifasında şairin şeirləri və sözlərinə yazılmış mahnılar böyük sevgiylə təqdim olundu.
Ruhun şad olsun, UNUDULMAZ ŞAİRİMİZ!

Q.Məhərrəmli

ŞƏKİDƏ TÜRK DÜNYASININ BƏXTİYARI SEVGİLƏRLƏ ANILDI...-Fotolar
ŞƏKİDƏ TÜRK DÜNYASININ BƏXTİYARI SEVGİLƏRLƏ ANILDI...-Fotolar
ŞƏKİDƏ TÜRK DÜNYASININ BƏXTİYARI SEVGİLƏRLƏ ANILDI...-Fotolar
ŞƏKİDƏ TÜRK DÜNYASININ BƏXTİYARI SEVGİLƏRLƏ ANILDI...-Fotolar

ŞƏKİDƏ TÜRK DÜNYASININ BƏXTİYARI SEVGİLƏRLƏ ANILDI...-Fotolar

  • 13-02-2017, 22:49
  • 248


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Axı bu ayrıseçkilik qoxan cümlələr bir aydının qələmindən necə çıxa bilər?!
  2. Baxış Nağıyevin Gədəbəydən göndərdiyi adamı Jurnalisti ölümlə hədələdi
  3. Rusiyalı ekspert: "Rəsmi Moskva İrəvana təzyiqini artırır"
  4. Abşeron RİH hava şəraiti ilə əlaqədar qərargah yaratdı
  5. İradə Gülməmmədovanın Xırdalan sakinləri ilə səyyar qəbulu keçiriləcək
  6. Bir karyeranın sirri – Və yaxud Cavid Qurbanovun yaratdığı möcüzələr…
  7. Elan- İtdiyi üçün etibarsız sayılır
  8. Nazirlik yayılan məlumatları təkzib etmədi
  9. BAKI VAQON DEPOSUNUN RƏİSİ İPƏ-SAPA YATMAYAN BƏLƏDÇİLƏRƏ «ƏXLAQSIZLIQ DAMĞASI» VURUR?
  10. Rusiyada toqquşan qırıcı təyyarələrin pilotları sağ tapıldı - Yenilənib
«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MARAQLI