Prezident köçkünlərlə bağlı verdiyi fərmanı dəyişdi

Prezident köçkünlərlə bağlı verdiyi fərmanı dəyişdi
İlham Əliyev sənəd imzalayarkən.

Prezident Ilham Əliyev “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” bu il yanvarın 23-də verdiyi fərmana dəyişikliklər edib.

Bununla bağlı O, fevralın 14-də yeni fərman verib.

Sənəddə qeyd edilir ki, fərmanın 1.1. 1-ci hissəsində “məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər” sözlərindən sonra fərdi qaydada sayğacların quraşdırılması, texniki istismarı mümkün olmayan, təbii qazla təmin olunmayan məcburi köçkünlər, onlara bərabər tutulan şəxslər istisna olmaqla sözləri əlavə edilsin.

Bu fərmanda vurğulanır ki, onların fərdi qaydada sayğacların quraşdırılması mümkün olan yeni yaşayış sahələrinə köçürülənədək istifadə etdikləri təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqlar yenə dövlət hesabına ödənilsin.

Bu imtiyaz fərdi qaydada təbii qazla təmin olunmayan, sıx müvəqqəti məskunlaşma yerlərində yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərə də şamil edilir.

Sənəddə qeyd edilir ki, fərmanın 1-1-ci və 1-2-ci hissələrində nəzərdə tutulmuş məcburi köçkünlər, onlara bərabər tutulan şəxslər üçün nəzərdə tutulan vahid aylıq müavinətin məbləği bu il fevralın 1-dən 20,0 (iyirmi) manat məbləğində müəyyən edilsin.

Fərmanda Nazirlər Kabinetinə tapşırılır ki, fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin istehlak olunan elektrik enerjisi üzrə limiti üç gün müddətində müəyyən edilsin.

Üstəlik, Nazirlər Kabineti fərmanın 3.1-ci bəndində nəzərdə tutulan yerlərin qazlaşdırılması ilə bağlı təkliflərini on beş gün müddətində prezidentə təqdim etməlidir.

Sənəddə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə də tapşırıq verilir.

Komitə fərdi qaydada sayğacların quraşdırılması, texniki istismarı mümkün olmayan, təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində yaşayan məcburi köçkünlərin sayını, yerlərini, adlı siyahılarını aidiyyəti üzrə “Azəriqaz” İstehsalat Birliyi, “Azərişıq” ASC və “Azərsu” ASC ilə birgə müəyyən etməlidir.

Komitə məcburi köçkünlər, onlara bərabər tutulan şəxslərin istehlak olunan təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqların mərkəzləşmiş qaydada birbaşa sözü gedən müvafiq xidmət təşkilatlarına ödənilməsini təmin etməlidir./azadliq.org/
Xebersar.net

Prezident köçkünlərlə bağlı verdiyi fərmanı dəyişdi

  • 14-02-2017, 18:23
  • 362


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Aşıq Pəri Məclisi" “Azərxalça” ASC-nin İsmayıllı filalında xalçaçı xanımlarla görüşüb
  2. Norveç Azərbaycandakı səfirliyini niyə bağlamalı oldu?!
  3. “Regionlarda ailə dəyərlərinin təbliği ilə bağlı tədbirlərin təşkili” layihəsinin yekun təqdimat tədbiri keçrildi
  4. Bizim fərqimiz -Ənvər Ağazadədən siyasi iddia
  5. Qazi qardaşları Baş qazi Etimad Əsədova cümə axşamı mərasimi keçirdi.+VİDEO
  6. Əli Abbasovun da Londonda əmlakı ortaya çıxdı? - Sabiq nazirin oğlu açıqlama yaydı
  7. Dövlət Qeydiyyat İmtahan idarəsi, yoxsa Məlixanın kolxoz bazarı..? - Cavabsız qalan VİDEO görüntülər
  8. Abel Məhərrəmovu BDU-da kim əvəzləyir? - AÇIQLAMA
  9. ''Neftçala İcra Hakimiyyətinin başçısı məndən 70 min manat alıb'' - VİDEO
  10. HÜSEYN CAVİD İNSAN HAQQINDA ( Üçüncü yazı)
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
MARAQLI