Razi Nurullayev parlament seçkilərini boykot etdi

Razi Nurullayev parlament seçkilərini boykot etdi

AXCP Etimad Qurultayı TK-nin sədri Razi Nurullayev seçkidə iştirakdan imtina etdiyini bildirib. Xeberdar.net “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu haqda sosial şəbəkədə yazan sədr seçkidən imtina etməsinin bir çox səbəbi olduğunu bildirib:

“Bu il Parlament seçkilərinə qatılmaqdan imtina edirəm. Bir neçə əsaslı səbəbim var. Bununla bərabər, qeyd etməliyəm ki, siyasətçilərin seçkidə iştirakının tərəfdarıyam. Siyasətçi seçkidə iştirak etmirsə, siyasi səhnədə qalmağının anlamı itir. Seçkilərdə boykot yolverilməzdir. Yalnız o zaman məqbuldur ki, boykot qərarı rejimlərin getməsinə faydalı olsun.

Amma, hazırda YAP siyasi hakimiyyətinin iqtidardan uzaqlaşdırılmasının yaxın perspektivi üfüqlərdə görünmür. Ölkədə iqtidara qarşı daxili təşkilatlanma və daxili müqavimət çox zəifdir. Bütün ölkəyə total olaraq YAP nəzarət edir. Seçkini də istədikləri kimi keçirəcək və istədikləri adamları da deputat “seçəcək”lər. Çox üzücü və ifşaedici haldır. Xalqın azad seçiminə həqarətdir.

Seçkinin azad və demokratik olmayacağı ATƏT-in və digər beynəlxalq qurumların seçki monitorinqindən imtina etməsi ilə daha qabarıq oldu. Lakin, seçkidə iştirak etməklə pulsuz efir vaxtından siyasi hakimiyyəti ifşa etmək və xalqa xitab üçün faydalanmaq zəruri idi. Əfsus ki, bundan yararlana bilməyəcəyik.
İndi isə səbəblərim barədə. Biz insanların seçki hazırlığına başladığı zaman partiya quruculuğuna başladıq. Bütün gücümü təşkilati məsələlərə yönəltdim. Bu gün də ən vacib işim mənə inanaraq yanımda olan dostlarımla birlikdə üzərimizə götürdüyümüz yeni müxalifətçiliyi başarılı sonluğuna gətirməkdir.

Seçkidə iştirakla müqayəsədə yeni siyasi müstəvi yaratmaq daha cəzbedicidir.
Əfsuslar olsun ki, mövcud iqtidar seçkinin azad və şəffaf keçiriləcəyi ilə bağlı heç bir şans yaratmadı. Əfsuslar ki, demokratik təsisatları ölkədən qovdu. Əfsuslar ki, vətəndaş cəmiyyəti demək olar ki, tam olaraq sıradan çıxarıldı. Vətəndaş nəzarəti sıfırdan aşağı səviyyəyə düşdü.

Ölkədə qeyri-normal siyasi abi-havanın yaranmasında, demokratik seçki üçün heç bir şərtin ortada olmamasında birbaşa Yeni Azərbaycan Partiyası və onun qurduğu iqtidar məsuliyyət daşıyır və zaman gələcək ki, bütün bunlara görə qanun qarşısında cavab verməli olacaqlar”.

Razi Nurullayev parlament seçkilərini boykot etdi

  • 19-09-2015, 13:54
  • 838


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Hanı şəhidlərimizin qisası? Hanı Qarabağ? Hanı müharibə əmri?" - HÜRRÜ ƏLİYEV
  2. "Aşıq Pəri Məclisi" növbəti onlayın konsertini verdi-"Ustadlarım gəlib gedər, sazım, sözüm əbədidir!"_ŞƏKİL
  3. Bolqarıstan da cinayətkar erməniçiliyə əsir düşdü - Njdeyə heykəl nə deməkdir...
  4. Özəl sektora yeni maliyyə dəstəyi göstəriləcək - İqtisadiyyat nazirinin sahibkarlarla onlayn görüşü keçirilib
  5. ABŞ məxfi materialları dərc etməyə hazırlaşır - Rusiyanın seçkilərə müdaxiləsi barədə
  6. Beyrutdakı partlayışda 3 erməni ölüb, 100-ə yaxın erməni isə xəsarət alıb
  7. Milli Məclisin növbədənkənar sessiyasının iclası başlayıb
  8. Azərbaycandan Belarusa gedənlər üçün karantin tətbiq edilməyəcək
  9. Milli Hərəkatçılar Birliyi öz varlığını elan etdi - SİYAHI
  10. Baş Prokurorluq vəzifəli şəxslərin qanunsuz əməlləri barədə məlumat yayıb
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MARAQLI