AKP də Mehriban Əliyevanın təyinatını tənqid etdi

AKP də Mehriban Əliyevanın təyinatını tənqid etdiAKP millət vəkili Burhan Kuzu: “Bu cür qohum himayəçiliyi doğru deyil, etik də deyil, yanlışdır…”

AKP-nin məşhur simalarından və konstitusiyanın memarlarından biri, İstanbul millət vəkili professor Burhan Kuzu Mehriban Əliyevanın vitse-prezident təyin olunmasını tənqid edib.

O, yeni təyinatla bağlı bunları deyib: “Bu gün fərz edək ki, baş nazir öz həyat yoldaşını baş nazirin müavini etdi, xaricə gedəndə də vəkalətini ona verdi, buna nə mane var? Onu edən, bunu da edər, xoş deyil, amma hüquqi baxımdan bir maneə yoxdur. Bunun sistemlə bir əlaqəsi də yoxdur. Başkanlıq modelində də bunu edən edər, parlament sistemində də edən edər. Bu, doğru bir şey deyil amma. “Başkanlıq gəlincə bu olar, amma indi olmaz” deyə bir şey yoxdur. Hər modeldə bu cür qohum himayəçiliyi doğru deyil, etik də deyil, yanlışdır. Amma hər sistem buna uyğundur, əgər edəcək olan varsa. Kiminsə xanımını gətirib müavin etməsini mən doğru saymıram. Amma buna hüquqi baxımdan bir maneə də yoxdur. Bu nümunədən hərəkət edərək başkanlıq sistemi əleyhinə bir anlam da çıxarıla bilməz. ”
CHP-nin mövqeyi : İzah etmək istədiyimiz tam olaraq bu idi.
AKP də Mehriban Əliyevanın təyinatını tənqid etdi
CHP-nin Başkan yardımçısı Bülent Tezcan da Mehriban Əliyevanın təyinatı ilə bağlı bunları deyib: “İzah etmək istədiyimiz eynilə bu idi. Prezident sistemi bir prezidentin yaxşı niyyətinə və qərarına buraxılmayacaq qədər əhəmiyyətlidir. Biz bunu söylədikdə, “elə şey olarmı?” deyirdilər, amma bax, keçən il səlahiyyət verildi, bu il etdi. Demək ki, edilə bilinirmiş. “Səlahiyyəti tək adama verən sistem, padşahlığa aparar” dediyimizdə, “1923-cü ildə bitdi” deyirdilər. Sabah atadan oğula keçəcək bir sistemə, kağız üzərinə heç bir maneə yoxdur. ”
“Burada da övladını edər”

CHP Qrup başkanının müavini Engin Altay da bunları söylədi: “Minlərlə sözlə anlada bilməyəcəyimiz və Türkiyənin də başına gəlməsi mümkün bir tablo, burnumuzun dibində yaşandı. “Prezident Tayyib Ərdoğan da bunu edər” demirəm. Amma bir başqası gələr, Türkiyədə də belə bir dəyişiklik sonrası, Azərbaycanda həyat yoldaşını müavini etmiş, burada övladını edər. ”

(“Hürriyət” qəzeti, Rifat BAŞARAN)

Azadliq.info

AKP də Mehriban Əliyevanın təyinatını tənqid etdi

  • 23-02-2017, 11:23
  • 402


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Səfər Mehdiyev komitəsi: süründürməçilik, rüşvət, nifrət…korrupsiya… – Araşdırma/Video
  2. Qobu Park köçkün qəsəbəsində yaşayan məcburi köçkünlərə təlim keçirildi+FOTO
  3. Nuru Paşanın yavəri...
  4. İRANDA ŞOK BƏYANAT: "Azərbaycan bizimlə və ya bizsiz mütləq azad olacaq"
  5. MİLLƏT VƏKİLİ DEPUTAT VƏSİQƏSİNİ GİROV QOYUB – 300 min dollar borca görə
  6. Azərbaycanın çörəyi ilə çörəkli olanlar…
  7. Tamilla Qulami: "İnsanlar gördüm qarnı doysa da gözünü doyura bilməyən, insanlar gördüm, "kişilikdən" danışıb, adamlıqdan uzaq olan... "
  8. Zakir Həsənov ilk dəfə MİQ-29 qəzasından danışdı:"Pilot göydə zərbə alıb..."
  9. Yeni dərs ilinin ilk günü məktəbin tavanı çöküb – FOTOLAR
  10. “Məni bağışlayın, amma mən “kalqotka” geyinmirəm…” – Çingiz Abdullayev
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MARAQLI