İMİŞLİDƏ İNSALAR İCRA HAKİMİYYƏTİNƏ YÜRÜŞ ETMƏK İSTƏYİRLƏR

İMİŞLİDƏ İNSALAR İCRA HAKİMİYYƏTİNƏ YÜRÜŞ ETMƏK İSTƏYİRLƏR

Kamil İsayevin rəhbərlik etdiyi Səlyan Regional Qaz istismarı İdarəsinin İmişlidəki nümayəndəliyi etirazçı kütləyə hər-hansı məlumatı verməkdən imtina etdiyi üçün hal – hazırda qəzəbli əhali İmişli İcra Hakimiyyətinin qarşısında etiraz aksiyası keçirməkdə qərarlıdır.

Ölkədə iqtisadi böhranın ağırlığını hər an məişətində hiss edən əhalini əyalət məmurları müxtəlif süni problemlərlə yükləməkdən sanki zövq alırlar. Bu gün İmişlidəki mənbədən Conflict.az-a daxil olan məlumata görə həftədə qaz verilişi bir neçə dəfə kəsildiyi üçün ciddi problemlər yaşayan insanlar bu saatlarda rayon icra hakimiyyətinin qarşısına yürüş etməyi planlaşdırırlar. Mənbənin bildirdiyinə görə İmişli rayon İcra hakimiyyətinin başçısı Vilyam Hacıyev yürüş etmək istəyən kütlənin nümayəndələrinə xəbər göndərərək bu məsələnin həll edilməsi onun imkanları xaricində olduğunu bildirib. Xatırladaq ki, əraziyə nəzarət edən Regional Qaz istismarı İdarəsi Səlyan rayonunda yerləşir. Kamil İsayevin rəhbərlik etdiyi Səlyan Regional Qaz istismarı İdarəsinin İmişlidəki nümayəndəliyi etirazçı kütləyə hər-hansı məlumatı verməkdən imtina etdiyi üçün hal – hazırda qəzəbli əhali İmişli İcra Hakimiyyətinin qarşısında etiraz aksiyası keçirməkdə qərarlıdır. Onu da xatırladaq ki, təbii qaz verlişinin mütəmadi olaraq kəsilməsi insanları elektrik enerjisindən istifadə etməyə məcbur edir. Müəyyən edilən limiti keçən əhalinin istifadə etdiyi enerji haqlarının ödənişində də ciddi problemlər yaranır.

Mövzuya qayıdacağıq.

Redaksiyadan: Yazıda adı çəkilən qurum və şəxslərində mövqeyini dərc etməyə hazırıq.

Xeberdar.net

İMİŞLİDƏ İNSALAR İCRA HAKİMİYYƏTİNƏ YÜRÜŞ ETMƏK İSTƏYİRLƏR

  • 24-02-2017, 12:51
  • 3 978


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Vaqif Əliyevin qohumlarının tender talanı???-VİDEO
  2. Dünyanın ən çox spirtli içki içilən ölkələri – SİYAHI
  3. Sabah hava necə olacaq –Proqnoz
  4. Adil Vəliyev "SAĞ ƏLİ"Nİ azadlığa çıxardı - 280 min rüşvətlə tutulmuşdu...
  5. Göyçayda "Nar" festivalı keçirilib - FOTO/VİDEO
  6. “Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb” –DİN açıqlama yaydı
  7. Avropa Şurasına sədrlik Gürcüstana keçəcək –Noyabrın 27-dən
  8. Gəncədəki qətllə bağlı DİN və Prokurorluq məlumat yaydı
  9. MSK sədri vəd verdi:“Bələdiyyə seçkiləri tam demokratik şəkildə keçiriləcək”
  10. Ərdoğan ABŞ-a səfər edib –Trampla görüşdə nələr müzakirə olunacaq?
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MARAQLI