Bakıda Avropa İttifaqının layihəsi üzrə seminar keçirilib

Bakıda Avropa İttifaqının layihəsi üzrə seminar keçirilibBakıda Avropa İttifaqı və Avropa Şurası tərəfindən həyata keçirilən “Proqram Əməkdaşlıq Çərçivəsi” layihəsi üzrə “Hüquqpozmalarla bağlı məlumat verən şəxslərin müdafiəsi” mövzusunda seminar keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən musavat.com-a verilən məlumata görə, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının dəstəyi ilə keçirilən tədbirdə Baş Prokurorluğun, Ədliyyə, Daxili İşlər, Vergilər, Fövqəladə Hallar nazirliklərinin, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətinin nümayəndələri iştirak ediblər.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəisi Orxan İsayev tədbirdə çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə korrupsiyaya qarşı mübarizə sahəsində ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları, institusional və cinayət təqibi tədbirləri haqqında ətraflı məlumat verib, korrupsiyaya qarşı mübarizənin Azərbaycanda dövlət siyasətinin prioritet istiqaməti olduğunu və bu sahədə ölkə daxilində, eyni zamanda beynəlxalq səviyyədə əməkdaşlığın böyük əhəmiyyət kəsb etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Avropa Şurasının ekspertləri Con Devit və Paul Zoubkov təqdimatla çıxış edərək hüquqpozmalarla əlaqədar məlumat vermə sahəsində imkanlar və çətinliklər, bu barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı beynəlxalq təcrübənin ölkəmizdə tətbiqi yolları müzakirə edilib.

Tədbirdə hüquqpozmalarla bağlı məlumat verən şəxslərin müdafiəsi ilə əlaqədar tədris tapşırıqları iştirakçılar tərəfindən müvəffəqiyyətlə icra edilib, faydalı fikir mübadiləsi aparılıb.

Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, digər dövlətlərin hüquq mühafizə orqanları və ixtisaslaşdırılmış antikorrupsiya qurumları ilə əməkdaşlığın daha da gücləndirilməsi və bu sahədə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində fəaliyyət bundan sonra da davam etdiriləcək.

Xeberdar.net

Bakıda Avropa İttifaqının layihəsi üzrə seminar keçirilib

  • 27-02-2017, 21:38
  • 330


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Mən Kamal Abdullanın qərəzli şəkildə ləkələdiyi əmək kitabçamın davasını aparıram, kreslo davasını yox!
  2. Övladının günahını valideynlərindən çıxan riyakar” Qəhrəman ” lar
  3. Sənin soyun dünyanın sonuna kimi artacaq və bəşər durduqca Uca Allahın adını Həmd-səna ilə anacaqlar!
  4. Zakir Fərəcovun birinci müavini qoçuluq edir... - “Bizi işdən çıxarmaqla hədələyir...“
  5. Mirvarid Dilbazi yad edilib
  6. GORANBOYDA GƏRGİNLİK – Polisin güllələdiyi şəxs öldü (YENİLƏNİB)
  7. Baş Prokurorluq və DİN Goranboydakı hadisəylə bağlı birgə məlumat yaydı
  8. İqbal Ağazadə: " Bu məsələdə DSX məsuliyyət daşıyır."
  9. Azərbaycanın dağlıq və dağətəyi rayonlarında leysan yağacaq- Nazirlik məlumat yaydı
  10. “Sərhəddə baş verənlər bizim üçün utancvericidir” – DEPUTAT
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MARAQLI