Şəhid hərbçi Beyləqanda dəfn edilib

Şəhid hərbçi Beyləqanda dəfn edilibFevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin cəbhədə törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olan hərbi qulluqçu Qədimov Zülfü Rəhim oğlu bu gün Beyləqan rayonunda torpağa tapşırılıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, dəfn mərasimi Peyğəmbər qəbiristanlığında keçirilib.

Dəfn mərasimində şəhidin xidmət etdiyi hərbi hissənin, Müdafiə Nazirliyinin nümayəndələri, rayon rəhbərliyi də iştirak edib.

Yaylım atəşindən sonra şəhid hərbçi torpağa tapşırılıb. Şəhidin tabutuna çəkilmiş Azərbaycan bayrağı atasına təqdim edilib.

Qeyd edək ki, fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən Azərbaycan Ordusunun hərbi qulluqçuları Abdullayev Aqşin İsmayıl oğlu, Nəzərov Şahlar Yaşar oğlu, Haşımlı Tural Əbdül oğlu, Qədimov Zülfü Rəhim oğlu və Cəfərov Zakir Nazim oğlu şəhid olub.

Şəhid olmuş hərbi qulluqçularımızın nəşləri beynəlxalq vasitəçilərin iştirakı ilə dünən döyüş meydanından təxliyə edilib.
Şəhid hərbçi Beyləqanda dəfn edilib
Şəhid hərbçi Beyləqanda dəfn edilib
Şəhid hərbçi Beyləqanda dəfn edilib

Xeberdar.net

Şəhid hərbçi Beyləqanda dəfn edilib

  • 28-02-2017, 14:32
  • 341


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Qobustan rayonunda COVİD-19 infeksiyası ilə bağlı reyd keçirilib- FOTOLAR
  2. DAHA BİR ŞİRVANLI MƏMUR HƏBSİN ASTANASINDA – Xanəli Əzizov süpürgəçi qadına əxlaqsız təklif edib, polisi döyməsi ilə öyünüb
  3. Daha bir rayon su böhranı ilə üz-üzə
  4. "ASAN xidmət" icazə sistemi ilə bağlı yeni məlumat yaydı
  5. Türkiyə Azərbaycana yardım göndərdi –Koronavirusa görə
  6. DİN Koronavirusla bağlı əməliyyat keçirdi -BÖLGƏLƏRDƏ
  7. Bakıda marketlərdə polis postları yaradıldı - FOTO
  8. Özgələşdirilən və özgəninkiləşdirilən Bakımız
  9. Fizuli İcra başçısının “tender əməliyyatları” – Yaxud yeni yaranan 10 manatlıq “möcüzəvi şirkətlər”
  10. Bakıda karantini pozan çay evinin icarədarı 2 min manat cərimələndi - Fotolar
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MARAQLI