İSESKO-nun rəhbəri Mehriban Əliyevanın təyinatından danışdı

İSESKO-nun rəhbəri Mehriban Əliyevanın təyinatından danışdı“Birinci xanım Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması Azərbaycan qadınının cəmiyyətdə tutduğu yüksək statusu göstərir”.

Moderator.az xəbər verir ki, bunu Trend-ə İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri deyib.

Onun sözlərinə görə, bu, həm də birinci xanımın yüksək bilik və bacarıqlara malik müstəsna şəxsiyyətini təsdiq edir:

“O, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi, ölkəni inkişaf və rifaha aparan müdrik siyasəti dəstəkləməyə və ictimaiyyətə xidmət etməyə imkan verən bilik və bacarıqlara malikdir”.

İSESKO-nun baş direktoru qeyd edib ki, Azərbaycan ictimaiyyəti Mehriban Əliyevanın ölkənin balanslı inkişafı üçün böyük səylər göstərdiyini tamamilə anlayır.

Onun sözlərinə görə, birinci xanım Heydər Əliyev Fondunun rəhbəri kimi idarəetmə sahəsində böyük işlər görüb və Azərbaycan Prezidenti İlham Əliyevə prezident mandatının icra olunmasında əhəmiyyətli dəstək verib.

Əl-Tuveycri deyib ki, indi Mehriban Əliyevanın Azərbaycan Prezidenti İlham Əliyevlə birgə Azərbaycanın iqtisadi inkişafı və Azərbaycan xalqının rifahı naminə milli məqsədlərə nail olunması üzrə nəcib missiyanın reallaşdırılması üçün üzərinə yeni öhdəliklər götürməsinin vaxtı çatıb:

“Mən Mehriban Əliyeva ilə onun İSESKO-nun xoşməramlı səfiri təyin olunduğu vaxtdan tanışam. Hər dəfə Mehriban xanımla Bakıda görüşərkən, mən özüm üçün onun güclü xarakterini, mükəmməl bilik və bacarıqlarını, müasirliyə köklənməsini və daim sülhün, mədəniyyətlər və sivilizasiyalar arasında dialoqun, həmrəyliyin geniş vüsət alması ilə bağlı mütəmadi səylərini kəşf edirəm”.

Baş direktorun sözlərinə görə, öz humanist missiyasını tamamilə anlayan Mehriban Əliyeva Azərbaycan Prezidenti İlham Əliyevə ən yaxşı dayaqdır və onun Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması müdrik və vaxtında verilmiş bir qərardır:

“Mən Birinci vitse-prezident Mehriban Əliyevanı, eləcə də Azərbaycan xalqını təbrik edirəm və ona bu nəcib missiyanın həyata keçirilməsində uğurlar arzulayıram”.

Xeberdar.net

İSESKO-nun rəhbəri Mehriban Əliyevanın təyinatından danışdı

  • 3-03-2017, 17:26
  • 310


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Səfər Mehdiyev komitəsi: süründürməçilik, rüşvət, nifrət…korrupsiya… – Araşdırma/Video
  2. Qobu Park köçkün qəsəbəsində yaşayan məcburi köçkünlərə təlim keçirildi+FOTO
  3. Nuru Paşanın yavəri...
  4. İRANDA ŞOK BƏYANAT: "Azərbaycan bizimlə və ya bizsiz mütləq azad olacaq"
  5. MİLLƏT VƏKİLİ DEPUTAT VƏSİQƏSİNİ GİROV QOYUB – 300 min dollar borca görə
  6. Azərbaycanın çörəyi ilə çörəkli olanlar…
  7. Tamilla Qulami: "İnsanlar gördüm qarnı doysa da gözünü doyura bilməyən, insanlar gördüm, "kişilikdən" danışıb, adamlıqdan uzaq olan... "
  8. Zakir Həsənov ilk dəfə MİQ-29 qəzasından danışdı:"Pilot göydə zərbə alıb..."
  9. Yeni dərs ilinin ilk günü məktəbin tavanı çöküb – FOTOLAR
  10. “Məni bağışlayın, amma mən “kalqotka” geyinmirəm…” – Çingiz Abdullayev
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MARAQLI