İlham Əliyevdən təyinat - 2 sərəncam, 4 fərman

İlham Əliyevdən təyinat - 2 sərəncam, 4 fərman


Prezident İlham Əliyev Bakı və Şəki Apellyasiya Məhkəmələri sədrlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Xeberdar.net Axar.az-a istinadən xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb.

Sərəncamda qeyd edilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. İman Məmməd oğlu Nağıyev Bakı Apellyasiya Məhkəməsinin sədri təyin edilsin.

2. Mübariz Dosməmməd oğlu Əkbərov Şəki Apellyasiya Məhkəməsinin sədri təyin edilsin".

***

İlham Əliyev V.Ə.Abdullayevin Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Vəli Əsgər oğlu Abdullayev Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin sədri təyin edilsin".

18:50

İlham Əliyev “Miqrasiya proseslərinin idarə olunmasında “bir pəncərə” prinsipinin tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 4 mart tarixli 69 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda bildirilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Miqrasiya proseslərinin idarə olunmasında “bir pəncərə” prinsipinin tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 4 mart tarixli 69 nömrəli Fərmanını “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 3 aprel tarixli 1253-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

“Miqrasiya proseslərinin idarə olunmasında “bir pəncərə” prinsipinin tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 4 mart tarixli 69 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 3, maddə 161; 2011, № 6, maddə 509; 2013, № 9, maddə 1047; 2014, № 9, maddə 1046) 3.5-1-ci bəndinə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununa” sözlərindən sonra “və Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə” sözləri əlavə edilsin".

***
Prezident İlham Əliyev daha iki fərman imzalayıb:

“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1056-IVQD nömrəli Qanununun tətbiqi və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 14 iyun tarixli 493 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 21 noyabr tarixli 366 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə;

“Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 yanvar tarixli 183 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında;

19:43

“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 14 iyun tarixli 493 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında;

İlham Əliyevdən təyinat - 2 sərəncam, 4 fərman

  • 21-09-2015, 20:01
  • 1 028


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Qobustan rayonunda COVİD-19 infeksiyası ilə bağlı reyd keçirilib- FOTOLAR
  2. QHT sədrləri həmkarlarına başsağlığı verdi
  3. DAHA BİR ŞİRVANLI MƏMUR HƏBSİN ASTANASINDA – Xanəli Əzizov süpürgəçi qadına əxlaqsız təklif edib, polisi döyməsi ilə öyünüb
  4. İş icazəsi ilə istirahətə gedənlər cərimələndi - VİDEO
  5. Daha bir rayon su böhranı ilə üz-üzə
  6. "ASAN xidmət" icazə sistemi ilə bağlı yeni məlumat yaydı
  7. Türkiyə Azərbaycana yardım göndərdi –Koronavirusa görə
  8. Bakıda marketlərdə polis postları yaradıldı - FOTO
  9. DİN Koronavirusla bağlı əməliyyat keçirdi -BÖLGƏLƏRDƏ
  10. Fizuli İcra başçısının “tender əməliyyatları” – Yaxud yeni yaranan 10 manatlıq “möcüzəvi şirkətlər”
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MARAQLI