Erdoğan indi də Google-la çəkişir, amma o tək deyil

Erdoğan indi də Google-la çəkişir, amma o tək deyil
Prezident Erdoğan Google şirkətinin YouTube kanalını dəfələrlə bağlayıb

Türkiyə Google internet axtarışı nəhənginin populyar Android proqramının ölkənin antiinhisar qanunlarını pozub-pozmadığı barədə iddiaların araşdırılmasına başlayıb.

“The New York Times” yazır ki, bu, Google axtarış mühərrikinin üzləşdiyi ilk hüquqi çəkişmə deyil. Ona qarşı Avropada üç antirəqabət iddiası araşdırılır.

Bundan əvvəl Rusiya Google-ın onun antiinhisar qanunvericiliyini pozduğu barədə qərar qəbul etmişdi. Şirkətə qarşı habelə Birləşmiş Ştatlarda təhqiqat aparılıb.

Google özünə qarşı iddiaları rədd edir və bildirir ki, onun axtarış və internet xəritələri kimi rəqəmsal xidmətləri heç bir qanun pozuntusuna yol verməyib.

Qərb mediası yazır ki, ümumiyyətlə Google Silikon vadisinin Facebook və Amazon kimi nəhəngləri ilə bütün dünya boyu getdikcə daha çox çəkişmələrə girişməli olur.

Lakin Türkiyəyə gəlincə, bu, Google şirkətinin bu ölkədə üzləşdiyi ilk problem deyil. Bundan əvvəl prezident Erdoğan Google şirkətinin populyar YouTube kanalını dəfələrlə bloklayıb.

Bu da qeyd olunur ki, Türkiyə prezidenti sosial şəbəkələrə özünün siyasi opponentlərinə görə hücumlar edir.

Türkiyədə qaldırılmış son iddia şirkətin Android proqramı bağlamasına daxil rəqəmsal xidmətləri necə göstərməsi ilə əlaqədardır.

Android-dən bütün dünya üzrə smartfonların 75 faizi istifadə edir.

Ötən il Google şirkətinə qarşı iddianı onun Rusiyadakı rəqibi Yandex də qaldırmışdı.

Yandex şikayət edirdi ki, mobil telefon şirkətləri öz məhsullarını Google şirkətinə sərfəli sistemlə istehsal edirlər. Belə telefon dəstləri Google şirkətinin Android-ini işlətmək məcburiyyətində qalırlar.

Türkiyənin rəsmi rəqabətə nəzarət agentliyi bundan əvvəl Yandex-in şikayətinə qoşulmayacağını bildirsə də, sonradan qərarını dəyişib.

Bundan əvvəl Google şirkətinin rəqabət qanunlarını pozduğuna dair iddiaları Avropa Komissiyası da araşdırmışdı.

Erdoğan indi də Google-la çəkişir, amma o tək deyil

  • 7-03-2017, 07:30
  • 188


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Universitetin sabiq müəllimi ADMİU-də baş verənlərlə bağlı Prezidentə müraciət etdi- ŞOK FAKTLAR
  2. Xaçmaz bazarında baş verənlər - xüsusi reportaj+VİDEO
  3. Keçmiş Maliyyə nazirindən Baş nazir dəyişikliyinə şərh:"İndiki həssas dönəmdə onun təyinatı təsadüfi deyil"
  4. "Qrunt suları torpaqları sıradan çıxarır, Meliorasiya heç bir İŞ GÖRMÜR" - GİLEY
  5. “Beynində yüz tülkü” olan “rus çarı” və başı İraqa qarışmış Ruhani:100 MİNLİK TÜRK GÜCÜ SURİYADA SON SÖZÜNÜ DEMƏYƏ HAZIRLAŞIR – Təhlil
  6. Sıra icra başçılarına çatdı... - Ələmə gözlənilir...
  7. “NƏ PULUMUZU QAYTARIR, NƏ DƏ EV VERİR…” – “Gedib ofisində tapırıq, lakin dərhal “aradan çıxır”
  8. Paşinyan 3 saatlıq məxfi görüş keçirdi...-İşğalçı rejim gərginlikdə...
  9. “Qarabağ Azərbaycandır!” Hərəkatı yaratmalıyıq” – Əli Əhmədov
  10. Təsəvvüf, Vəhdəti-vücud və An-i daimin qısa şərhi
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MARAQLI