Azərbaycanda "Ümumdünya Turizm" və "İrs günləri" keçiriləcək

Azərbaycanda "Ümumdünya Turizm" və "İrs günləri" keçiriləcək


Oktyabrın 25-dən 27-dək Azərbaycanda "Ümumdünya Turizm Günü" və "İrs Günləri" layihələrinin qeyd edilməsinə həsr olunmuş müxtəlif tədbirlər keçiriləcək.

Xeberdar.net "Report"a istinadən xəbər verir ki, sentyabrın 27-si Ümumdünya Turizm Təşkilatının təşəbbüsü ilə hər il dünyada "Ümümdünya Turizm Günü" kimi qeyd edilir. Beynəlxalq ictimaiyyət arasında turizmin siyasi, sosial, mədəni və iqtisadi dəyərlərin inkişafında rolunu vurğulayan bu layihə ölkəmizdə də hər il qeyd edilir.

Eyni zamanda, hər il sentyabrın sonu - oktyabrın əvvəllərində ölkəmizdə "İrs Günləri" layihəsi keçirilir. Layihə maarifləndirici kampaniyalar, açıq qapı günləri, folklor gecələri, rəsmi açılışlar və etnoqrafik şənliklər formasında qeyd olunur. Layihənin əsas məqsədi yerli və əcnəbi ziyarətçilərin mədəni irs obyektlərinə sərbəst girişinin təmin olunması, tarix və mədəniyyət abidələrinin qorunması məsələlərinə geniş ictimaiyyətin diqqətinin cəlb edilməsi və milli mədəni irsin təbliğindən ibarətdir.

Azərbaycanda "Ümumdünya Turizm Günü" və "İrs Günləri"nin qeyd edilməsi ilə bağlı oktyabrın 25-27-də ölkənin ən mühüm mədəniyyət təsisatları ödənişsiz xidmət göstərəcək. Bura Mədəniyyət və Turizm Nazirliyinin, AMEA və Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tabeliyində fəaliyyət göstərən sonrakı mədəniyyət təsisatları daxildir: Milli Azərbaycan Tarixi Muzeyi; Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi; "Qobustan" Milli Tarix-Bədii Qoruğu (Ümumdünya İrs Obyekti); Azərbaycan Milli İncəsənət Muzeyi; Azərbaycan Xalça Muzeyi; "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu (Ümumdünya İrs Obyekti); "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğu; "Yanar dağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu; "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğu; "Yuxarı Baş" Dövlət Tarix-Memarlıq Qoruğu Qəbələ Dövlət Tarix-Bədii Qoruğu; Kiş Tarix-Memarlıq Qoruğu. Hər il sözügedən layihələr bir çox dünya ölkəsində keçirilir və müəyyən olunmuş günlərdə ziyarətçilər üçün minlərlə abidələrə və tarixi yerlərə ödənişsiz giriş təmin edilir.

Bu təcrübə ilə insanlar yalnız mədəni irsin zənginliyindən zövq almır, eyni zamanda, indiki və gələcək nəsil üçün onların qorunmasına və vəziyyətinin yaxşılaşdırılması işlərinə fəal şəkildə cəlb olunur. Hər il təxminən 50 milyona yaxın insan bu təşəbbüsdən yararlanır. Layihələrin qeyd olunacağı günlərdə yuxarıda adları göstərilən mədəniyyət təsisatlarına 30 minə yaxın ziyarətçinin baş çəkməsi nəzərdə tutulur.

Azərbaycanda "Ümumdünya Turizm" və "İrs günləri" keçiriləcək

  • 23-09-2015, 21:43
  • 631


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Aşıq Pəri Məclisi" “Azərxalça” ASC-nin İsmayıllı filalında xalçaçı xanımlarla görüşüb
  2. Norveç Azərbaycandakı səfirliyini niyə bağlamalı oldu?!
  3. “Regionlarda ailə dəyərlərinin təbliği ilə bağlı tədbirlərin təşkili” layihəsinin yekun təqdimat tədbiri keçrildi
  4. Bizim fərqimiz -Ənvər Ağazadədən siyasi iddia
  5. Qazi qardaşları Baş qazi Etimad Əsədova cümə axşamı mərasimi keçirdi.+VİDEO
  6. Əli Abbasovun da Londonda əmlakı ortaya çıxdı? - Sabiq nazirin oğlu açıqlama yaydı
  7. Dövlət Qeydiyyat İmtahan idarəsi, yoxsa Məlixanın kolxoz bazarı..? - Cavabsız qalan VİDEO görüntülər
  8. Abel Məhərrəmovu BDU-da kim əvəzləyir? - AÇIQLAMA
  9. ''Neftçala İcra Hakimiyyətinin başçısı məndən 70 min manat alıb'' - VİDEO
  10. HÜSEYN CAVİD İNSAN HAQQINDA ( Üçüncü yazı)
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
MARAQLI