Kartofun inanılmaz faydaları

Kartofun inanılmaz faydaları

Dünyada ən çox istifadə edilən tərəvəz kartofdur.

Hətta iqtisadçılar iddia edirlər ki, kartof olmasa idi, dünyada kasıb ailələr indikindən daha çox əziyyət çəkər və acından ölənlərin sayı inanılmaz dərəcədə artardı. Qida rasionumuzda böyük yer tutan bu tərəvəzin sağlamlığa zərərli olduğunu, insanı kökəltdiyini deyənlərin sayı kifayət qədərdir. Ancaq alimlər kartofun ən faydalı tərəvəzlərdən biri olduğu ilə bağlı həmfikirdirlər.

Xeberdar.net kartofun daha öncə heç yerdə eşitmədiyiniz faydalı xüsusiyyətlərini araşdırıb. Belə məlum olub ki, kartof ur (zob) xəstələri üçün faydalı qida hesab edilir. Çünki tiroid vəzinin düzgün işləməsini təmin edir. Maqneziumla zəngin olduğu üçün saç və dərinin gözəlliyini qoruyur.Tərkibindəki B vitamini sayəsində əsəbləri sakitləşdirir, yorğunluğu aradan qaldırır. Bol miqdarda lif ehtiva etdiyi üçün bağırsaq xərçənginə qarşı təsirlidir. Bağırsaqlardakı zərərli bakteriyaları məhv edir. Həmçinin həzm sisteminə yaxşı təsir edir. İshal, qəbizlik kimi halları aradan qaldırır. Suda bişmiş kartofu əl və ayaqlara maska kimi çəkdikdə dərini yumşaldır və çatları sağaldır. Tərkibində bol miqdarda C vitamini var. Elə buna görə də yağları yandırır, immunitet sistemini gücləndirir. Cinsi gücü artırdığı da araşdırmalarla sübuta yetirilib.

Ancaq kartofun sadaladığımız faydalarından yararlanmaq istəyirsinizsə, onu sobada, suda və ya buxarda bişirməlisiniz. Qızartdıqda o, sağlamlıq üçün təhlükəyə çevrilir.

Kartofun inanılmaz faydaları

  • 24-09-2015, 17:12
  • 997


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Vaqif Əliyevin qohumlarının tender talanı???-VİDEO
  2. Dünyanın ən çox spirtli içki içilən ölkələri – SİYAHI
  3. Sabah hava necə olacaq –Proqnoz
  4. Adil Vəliyev "SAĞ ƏLİ"Nİ azadlığa çıxardı - 280 min rüşvətlə tutulmuşdu...
  5. Göyçayda "Nar" festivalı keçirilib - FOTO/VİDEO
  6. “Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb” –DİN açıqlama yaydı
  7. Avropa Şurasına sədrlik Gürcüstana keçəcək –Noyabrın 27-dən
  8. Gəncədəki qətllə bağlı DİN və Prokurorluq məlumat yaydı
  9. MSK sədri vəd verdi:“Bələdiyyə seçkiləri tam demokratik şəkildə keçiriləcək”
  10. Ərdoğan ABŞ-a səfər edib –Trampla görüşdə nələr müzakirə olunacaq?
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MARAQLI