Ağsuda 11 yaşlı məktəbli məktəbdə aldığı xəsarətdən ölüb

Ağsuda 11 yaşlı məktəbli məktəbdə aldığı xəsarətdən ölüb
Ağsu rayonunda məktəbli ağır xəsarət nəticəsində ölüb. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Kəndoba kəndində qeydə alınıb. Kənd sakini, 2006-cı il təvəllüdlü Əliyev Əli Mehman oğlu başın əzilməsi, sol gicgah sümüyünün sınığı və beyinə qansızma diaqnozu ilə Ağsu rayon Mərkəzi Xəstəxanasına gətirilib. Uşağın vəziyyəti ağır olduğu üçün ona ilkin tibbi yardım göstərilib və o təcili olaraq müalicə üçün Bakı şəhərinə göndərilib. Kəndoba kənd orta məktəbinin 5-ci sinif şagirdi olan Əli Əliyev Bakıda xəstəxanada dünyasını dəyişib. Onun hansı səbəbdən travma aldığı məlum deyil. Kənd sakinlərinin sözlərinə görə, uşaq məktəbdə oynayarkən yıxılıb və xəsarət alıb.

Ağsu rayon Prokurorluğundan APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, Ə. Əliyev təhsil aldığı məktəbin həyətində futbol oynayarkən yaxılıb və xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Ağsuda 11 yaşlı məktəbli məktəbdə aldığı xəsarətdən ölüb

  • 14-03-2017, 12:45
  • 396


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Təbiət və nəğməkar şair, ictimai xadim, evdə övladları üçün xəzri küləyi qədər sərt olan vətənpərvər Türkün doğum günüdür
  2. Ağdaşda İcbari Tibbi Sığortanın büdcəsi talanır?
  3. TRAMP MAKRONUN ƏRDOĞANA ZƏRBƏ VURMASINA İMKAN VERMƏDİ –Türkiyə prezidentinə qarşı ictimai hücumun qarşısı alındı - TƏHLİL
  4. Şəmsəddin Xanbabayevin adını hallandıran bazar müdiri kimdir?
  5. Bu təhsil ocağı bazara çevrilib... - Direktor isə özünü oliqarxlar kimi aparır...
  6. “Soydaş” haqqında qanun bizim üçün niyə vacibdir?
  7. “AZƏRYOL TİKİNTİ” BİZİ QUL KİMİ İŞLƏDİB, PULUMUZU VERMƏDİ” - Prokurorluq aldadılan fəhlələrin şikayətinə baxmır
  8. Fuad Muradov:"Türkiyədə sənədsiz soydaşlarımızın yaşayışının leqallaşdırılması ilə bağlı işlərə başlanılıb"
  9. Moldova hökuməti Bakıdakı səfirini geri çağırıb
  10. Şənbə gününün hava proqnozu açıqlanıb
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MARAQLI