Konstitusiya Məhkəməsi Vergilər Nazirliyinin qərarını ləğv edib


Konstitusiya Məhkəməsi Vergilər Nazirliyinin qərarını ləğv edibFərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti açıq məhkəmə iclası keçirilib.

Konstitusiya Məhkəməsindən “Report”a verilən məlumata görə, Adil Aslanovun və Leyla Səbizovanın şikayətləri üzrə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 2016-cı il 18 may tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim C.Qaracayevin məruzəsini, ərizəçilərin və cavabverən orqanın nümayəndələrinin, mütəxəssislərin, habelə məhkəmə instansiyalarında tərəf qismində iştirak etmiş şəxsin nümayəndələrinin çıxışlarını dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Adil Aslanovun Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinə qarşı vergi orqanının əlavə vergi məbləğinin hesablanması barədə qərarlarının ləğv edilməsi və sadələşdirilmiş vergiödəyicisi mükəlləfiyyətinin dəyişdirilməsinə qadağa qoyulması tələbinə dair iş üzrə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 2016-cı il 18 may tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin I və II hissələrinə, 73-cü maddəsinin II hissəsinə və İnzibati Prosessual Məcəllənin 96-cı maddəsinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin.

İşə bu qərara uyğun olaraq, Azərbaycan Respublikasının inzibati və mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

Leyla Səbizovanın Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinə qarşı vergi orqanının 2015-ci il 5 may tarixli qərarının ləğv edilməsi və sadələşdirilmiş vergiödəyicisi mükəlləfiyyətinin bərpa edilməsi tələbinə dair iş üzrə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 2016-cı il 18 may tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin I və II hissələrinə, 73-cü maddəsinin II hissəsinə və İnzibati Prosessual Məcəllənin 96-cı maddəsinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin.

İşə bu qərara uyğun olaraq, Azərbaycan Respublikasının inzibati və mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Xeberdar.net

Konstitusiya Məhkəməsi Vergilər Nazirliyinin qərarını ləğv edib

  • 17-03-2017, 18:49
  • 328


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Korona xəstələrini sağaldan amerikalı həkim HƏR ŞEYİ AÇDI: Ən effektiv dərman budur və yoluxmamaq üçün...
  2. İqbal Ağazadə: "Ərzaq üçün müraciət edən hər bir ailəyə üzvlərinin sayına uyğun qida rasionu müəyyən edilməli, evlərə çatdırılmalıdır"
  3. Gilanın "qanlı bağı"-VİDEO
  4. Türkiyədən koronovirusla bağlı müjdəli xəbər: 6 aprel tarixində....
  5. Bu gündən bu şəxslər xidməti vəsiqə və ya iş yeri barədə arayışla evdən çıxa biləcək - SİYAHI
  6. Salyan Rayonunda koronavirus pandemiyası ilə mübarizəyə dəstək olmaq məqsədi ilə tibbi maskaların tikilməsinə başlanıb
  7. Azaqlıq Aşiqi - Ələkbər Talıbov
  8. Prezident Sumqayıt yolundakı vəziyyətə baxdı FOTO
  9. Rusiyanın ABŞ-a göndərdiyi tibbi ləvazimatlarla bağlı qalmaqal – Sanksiya qoyulan zavodda istehsal olunub
  10. Siyasi partiyadan təqdirəlayiq addım- ehtiyacı olan ailələrə yardım edildi
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI