Bakıda qeyri-qanuni taksi fəaliyyəti göstərən sürücülər cəzalandırılıb

Bakıda qeyri-qanuni taksi fəaliyyəti göstərən sürücülər cəzalandırılıbBakı Nəqliyyat Agentliyi (BNA) Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsi ilə birgə paytaxtın inzibati ərazisində qeyri-qanuni taksi fəaliyyəti göstərən, o cümlədən taksi minik avtomobilləri üçün qanunla müəyyən edilən tələbləri pozan, fərqlənmə nişanı olmadan bu fəaliyyət növü ilə məşğul olan və yol hərəkəti qaydalarına əməl etməyən sürücülərə qarşı mübarizə tədbirlərini gücləndirib.

BNA-nın İctimai əlaqələr və maarifləndirmə şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, məqsəd, həm şəhər sakinlərinin, həm də istirahət üçün paytaxtımıza gələn yerli və xarici turistlərin rahatlığını, onlara keyfiyyətli, eyni zamanda təhlükəsiz taksi xidmətinin göstərilməsini təmin etməkdir.

Martın 23-də paytaxtın Azneft meydanı, Neftçilər prospekti, Dilarə Əliyeva, 28 may və digər mərkəzi küçə və prospektlərində keçirilən birgə tədbir zamanı taksi fəaliyyəti ilə məşğul olan sürücülərin bir çoxunun müvafiq qanunvericiliyin tələbinə əməl etmədiyi müəyyən edilib. Nəticədə, 21 taksi sürücüsünə qarşı Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları tərəfindən İnzibati Xətalar Məcəlləsinin 322-ci maddəsinin tələbinə (Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydalarının pozulması) uyğun protokol tərtib edilib. Bununla yanaşı, BNA və Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları taksi sürücüləri ilə geniş maarifləndirici söhbətlər aparıb. Bir daha onlara qanunvericiliyin tələbləri üzərlərinə düşən məsuliyyətləri izah edilib.

BNA bir daha bəyan edir ki, taksi xidməti sərnişinlərin rahatlığını və təhlükəsizliyini təmin edə bilən və bu növ daşımalar üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz vəziyyətdə olan avtonəqliyyat vasitələri ilə həyata keçirməlidir. Taksi sürücüləri avtomobillərini hər yerdə deyil, yalnız müəyyən edilmiş duracaq yerlərində saxlayıb müştəri gözləməlidirlər. Qeyd olunan tələblərə cavab verməyən şəxslər Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları inzibati məsuliyyətə cəlb olunacaqlar.

Xeberdar.net

Bakıda qeyri-qanuni taksi fəaliyyəti göstərən sürücülər cəzalandırılıb

  • 24-03-2017, 11:59
  • 335


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Hanı şəhidlərimizin qisası? Hanı Qarabağ? Hanı müharibə əmri?" - HÜRRÜ ƏLİYEV
  2. "Aşıq Pəri Məclisi" növbəti onlayın konsertini verdi-"Ustadlarım gəlib gedər, sazım, sözüm əbədidir!"_ŞƏKİL
  3. Bolqarıstan da cinayətkar erməniçiliyə əsir düşdü - Njdeyə heykəl nə deməkdir...
  4. Özəl sektora yeni maliyyə dəstəyi göstəriləcək - İqtisadiyyat nazirinin sahibkarlarla onlayn görüşü keçirilib
  5. ABŞ məxfi materialları dərc etməyə hazırlaşır - Rusiyanın seçkilərə müdaxiləsi barədə
  6. Beyrutdakı partlayışda 3 erməni ölüb, 100-ə yaxın erməni isə xəsarət alıb
  7. Milli Məclisin növbədənkənar sessiyasının iclası başlayıb
  8. Azərbaycandan Belarusa gedənlər üçün karantin tətbiq edilməyəcək
  9. Milli Hərəkatçılar Birliyi öz varlığını elan etdi - SİYAHI
  10. Baş Prokurorluq vəzifəli şəxslərin qanunsuz əməlləri barədə məlumat yayıb
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MARAQLI