Rusiya: etirazlarda iştirak edənlərə inzibati həbslər verilir

Rusiya: etirazlarda iştirak edənlərə inzibati həbslər verilir
Moskvanın Tver məhkəməsi Aleksey Navalnının qeydiyyata alınmamış "Tərəqqi Partiyasının" Moskva şöbəsinin rəhbəri Nikolay Lyaskin-ə 25 sutkalıq həbs cəzası verib.
Lyaskin bazar günü Moskvada Tver küçəsində kütləvi etiraz aksiyası zamanı saxlanılıb.
Onun həmkarlarının verdiyi məlumata görə, Lyaskin müəyyən edilmiş qaydanın yenidən pozulması və ya nümayişin keçirilməsi maddəsinə görə təqsirli sayılıb.
Bazar günü saxlanıldıqdan sonra Lyaskin Botkinskaya xəstəxanasına yerləşdirilib.
Müxalifətçinin sözlərinə görə, polis işçisi onun başına zərbə endirib. Laskin deyib ki, bu hadisə onunla bir yerdə polis avtobusunda olan 11 nəfərin gözü qarşısında baş verib.
Lyaskin onu da bildirib ki, polis işçiləri onun "həkimlərlə ünsiyyətinə maneələr yaradıb".
Aksiya zamanı Aleksey Navalnı da saxlanılıb. Moskvanın Tver məhkəməsi bazar ertəsi ona polis əməkdaşlarına müqavimətə görə 15 sutka həbs cəzası kəsib.
Rusiya: etirazlarda iştirak edənlərə inzibati həbslər verilir
Bundan başqa, Korrupsiyaya Qarşı Mübarizə Fondunun ofisində olanların hamısı həbs olunub.
Qurumun əməkdaşları həmin vaxt Rusiyanın digər şəhərlərində keçirilən mitinqlərdən birbaşa canlı görüntülər yayımlayıb.
Hüquq-mühafizə orqanları onları binanı tərk etmək barədə polis əməkdaşlarının tələblərinə tabe olmaqdan imtina etməkdə ittiham edib.
Onların əksəriyyəti məhkəmə qərarı ilə 7 sutkalıq həbs edilib. Həbs edilənlər arasında fonda aid olmayan yayım aparmağa kömək etmiş texniki şirkət işçiləri də var.
İşçilərdən bəziləri indiyədək məhkəmə prosesini gözləyir. Yəqin ki, onlar istintaq təcridxanasında daha bir gecə keçirməli olacaqlar.
Fondun ofisində olan Navalnının seçki qərargahının rəhbəri Leonid Volkov da 10 sutka həbs cəzası alıb.
26 mart bütün Rusiyada korrupsiya ilə mübarizə tələbi ilə icazəsiz aksiyalar keçirilib. Gedişat zamanı yüzlərlə insan saxlanılıb.
Müxtəlif məlumatlara görə, Moskva etiraz aksiyalarında 8 mindən 30 minədək adam iştirak edib.
Aksiyalar üçün səbəb Navalnının fondunun baş nazir Dmitri Medvedev-in güman edilən "gizli daşınmaz əmlak imperiyası" barəsindəki araşdırması olub.
Navalnı çəkdiyi "O, sizə Dimon deyil" filmində iddia edib ki, Medvedev Rusiyada və xaricdə qeyri-kommersiya təşkilatlarının şəbəkəsi vasitəsilə çoxsaylı dəbdəbəli daşınmaz əmlak sahibidir.
Youtube-də həmin filmi 12 milyon istifadəçi izləyib./BBC/
Xeberdar.net

Rusiya: etirazlarda iştirak edənlərə inzibati həbslər verilir

  • 28-03-2017, 11:34
  • 188


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Əli Əsədov Novruz Məmmədovun imzaladığı qərarı dəyişdirib
  2. Ötən ay nikaha daxil olmaq istəyən 19 şəxsdə isə QİÇS aşkarlanıb
  3. Deputat satışdakı təhlükəli şprislərə görə Səhiyyə Nazirliyini İTTİHAM ETDİ
  4. Vaqif Əliyevin qohumlarının tender talanı???-VİDEO
  5. Dünyanın ən çox spirtli içki içilən ölkələri – SİYAHI
  6. Adil Vəliyev "SAĞ ƏLİ"Nİ azadlığa çıxardı - 280 min rüşvətlə tutulmuşdu...
  7. Sabah hava necə olacaq –Proqnoz
  8. Göyçayda "Nar" festivalı keçirilib - FOTO/VİDEO
  9. Avropa Şurasına sədrlik Gürcüstana keçəcək –Noyabrın 27-dən
  10. Gəncədəki qətllə bağlı DİN və Prokurorluq məlumat yaydı
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MARAQLI