Qüdrət Həsənquliyev: “Belə qurumların fəaliyyəti dərhal dayandırılmalıdır”

Qüdrət Həsənquliyev: “Belə qurumların fəaliyyəti dərhal dayandırılmalıdır”

Milli Məclisin sessiyasında “Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirə edilib.

Bu haqda İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova məlumat verib.


Xeberdar.net Moderator.az-a istinadən xəbər verir ki, millət vəkili, BAXCP sədri Qüdrət Həsənquliyev çıxışı zamanı deyib ki, təklif edilən dəyişikliklərə səs verəcək. Onun fikrincə, bu sahədə ciddi nəzarətin olmasına ehtiyac var: "Gündəlikdə 10-cu məsələ də var - “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanuna dəyişikliklər edilməsi barədə layihə. Dini təşkilatlar son zamanlar bəyanat veriblər ki, seçkiləri boykot edəcəklər. Mən azı iki belə dini təşkilatın adını çəkə bilərəm. Əslində onlar QHT-lərdir və belə bir səlahiyyətləri yoxdur. Məncə, bununla bağlı Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi Ədliyyə Nazirliyinə müraciət etməli və belə qurumların fəaliyyəti dərhal dayandırılmalıdır. Mən təklif edirəm ki, komitəyə belə bir səlahiyyət verilsin. Son zamanlar mətbuatda dini ekspert kimi çıxış edənlər müəyyən siyasi bəyanatlar verirlər. Buna misal olaraq, bu yaxınlarda həbsdən çıxan şəxslərdən birini qeyd edə bilərəm. Hesab edirəm ki, bu, birbaşa siyasi fəaliyyətlə məşğul olmaqdır. Məncə, artıq zamanı çatıb ki, bu sahə ilə bağlı da qanunvericilik sahəsində addımlar atılsın”.

Millət vəkili Rəfael Cəbrayılov isə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanuna dəyişikliklər edilməsi barədə layihə müzakirə edilərkən Qüdrət Həsənquliyevin təklifini müdafiə edib.

Qüdrət Həsənquliyev: “Belə qurumların fəaliyyəti dərhal dayandırılmalıdır”

  • 6-10-2015, 15:01
  • 843


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Hanı şəhidlərimizin qisası? Hanı Qarabağ? Hanı müharibə əmri?" - HÜRRÜ ƏLİYEV
  2. "Aşıq Pəri Məclisi" növbəti onlayın konsertini verdi-"Ustadlarım gəlib gedər, sazım, sözüm əbədidir!"_ŞƏKİL
  3. Bolqarıstan da cinayətkar erməniçiliyə əsir düşdü - Njdeyə heykəl nə deməkdir...
  4. Özəl sektora yeni maliyyə dəstəyi göstəriləcək - İqtisadiyyat nazirinin sahibkarlarla onlayn görüşü keçirilib
  5. ABŞ məxfi materialları dərc etməyə hazırlaşır - Rusiyanın seçkilərə müdaxiləsi barədə
  6. Beyrutdakı partlayışda 3 erməni ölüb, 100-ə yaxın erməni isə xəsarət alıb
  7. Milli Məclisin növbədənkənar sessiyasının iclası başlayıb
  8. Azərbaycandan Belarusa gedənlər üçün karantin tətbiq edilməyəcək
  9. Milli Hərəkatçılar Birliyi öz varlığını elan etdi - SİYAHI
  10. Baş Prokurorluq vəzifəli şəxslərin qanunsuz əməlləri barədə məlumat yayıb
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MARAQLI