AZAL-ın vəzifəli əməkdaşı 92 yaşında vəfat etdi

AZAL-ın vəzifəli əməkdaşı 92 yaşında vəfat etdi
Azərbaycanın əməkdar həkimi vəfat edib.

“Report” “Azərbaycan Hava Yolları” QSC (AZAL) Hava Limanlarının İstismarı İdarəsi rəisinin tibbi-sanitar xidməti üzrə müavini Şövkətxanım Ataməliyeva 92 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Ş.Ataməliyeva 1925-ci ildə Bakı şəhərində anadan olub. 1948-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib, təyinatla Ordubada göndərilib. 1953-cü ildə Bakıya qayıdaraq, aviasiya tibb xidməti sahəsində çalışmağa başlayıb. O, ömrünün 64 ilini aviasiya tibb- sanitar xidməti işinə həsr edib. Ş.Ataməliyeva 2008 -ci ildə Mülki Aviasiyanın 70 illik yubileyində Prezident təqaüdünə layiq görülüb və Mülki Aviasiyanın inkişafında mühüm xidmətlərinə görə yubiley medalı ilə təltif edilib. Dəfələrlə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin fəxri fərman və mükafatlarını alıb.
Sövkətxanımın 2 övladı, 2 nəvəsi və 3 nəticəsi var.|“Report”|

Xeberdar.net

AZAL-ın vəzifəli əməkdaşı 92 yaşında vəfat etdi

  • 30-03-2017, 09:54
  • 280


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Qobustan rayonunda COVİD-19 infeksiyası ilə bağlı reyd keçirilib- FOTOLAR
  2. DAHA BİR ŞİRVANLI MƏMUR HƏBSİN ASTANASINDA – Xanəli Əzizov süpürgəçi qadına əxlaqsız təklif edib, polisi döyməsi ilə öyünüb
  3. Daha bir rayon su böhranı ilə üz-üzə
  4. "ASAN xidmət" icazə sistemi ilə bağlı yeni məlumat yaydı
  5. Türkiyə Azərbaycana yardım göndərdi –Koronavirusa görə
  6. DİN Koronavirusla bağlı əməliyyat keçirdi -BÖLGƏLƏRDƏ
  7. Bakıda marketlərdə polis postları yaradıldı - FOTO
  8. Özgələşdirilən və özgəninkiləşdirilən Bakımız
  9. Fizuli İcra başçısının “tender əməliyyatları” – Yaxud yeni yaranan 10 manatlıq “möcüzəvi şirkətlər”
  10. Bakıda karantini pozan çay evinin icarədarı 2 min manat cərimələndi - Fotolar
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MARAQLI