Milli Məclis iki sazişi təsdiq etdi

Milli Məclis iki sazişi təsdiq etdi

Milli Məclisin bu gün keçirilən iclasında ki sazişin təsdiq edilməsi haqqında qanun layihəsi müzakirə edilib.
Xeberdar.net Modern.az-a istinadən xəbər verir ki, ilk olaraq "Azərbaycan Respublikasının Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığının Hökuməti arasında hava əlaqəsi haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirə edilib.

Daha sonra Azərbaycan Respublikası Hökuməti ilə Kanada Hökuməti arasında diplomatik missiyalar və konsulluq nümayəndəlikləri əməkdaşlarının ailə üzvlərinin əmək fəaliyyəti haqqında Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Kanadanın Xarici İşlər və Beynəlxalq Ticarət Departamenti arasında notalar mübadiləsi formasında Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirə edilib.

Deputatlar sözügedən sazişlərin əhəmiyyəti və mahiyyəti barədə məlumat veriblər. Qanun layihələri səs qoyularaq təsdiq olunub.

Milli Məclis iki sazişi təsdiq etdi

  • 6-10-2015, 15:04
  • 811


Oxşar mövzular
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MARAQLI