Almaniyada irqçilər Türk qadınlara hücum etdilər

Almaniyada irqçilər Türk qadınlara hücum etdilərModerator.az xarici informasiya agentliklərinə istinadən xəbər verir ki, Almaniyanın Mannheim şəhərində bir nəfər başı örtülü türk qadını irqçilərin hücumuna məruz qalıb. İrqçilər qadını nalayiq sözlərlə təhqir edərək, həm də fiziki təzyiq göstəriblər.

Hadisə şəhərin miqrantların sıx yaşadığı hissəsində baş verib. Dünən axşamüstü evinin yaxınlığındakı məktəbdən qızını götürməyə gedən H. D adlı Türk qadını Volfqang P. adlı Almanın hücumuna məruz qalıb. Olaya şahid olan və rəfiqəsinə kömək etmək istəyən Z. B.-də həmin alman tərəfindən yumruqlanıb. Sonuncunun 12 yaşlı qızı da döyülüb.

Hadisə yerinə gələn polis irqçi almanı polisə aparıb. Volfqang P. ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.

Hadisəni İHA müxbirinə şərh edən H. D. Hücum edən almanın onunla eyni binada yaşadığını bildirib. Volfang P.-nın son altı ayda başı örtülü xanımları müxtəlif formada təqib etdiyini, onların şəkillərini cib telefonu ilə çəkdiyini, yanlarından keçərkən əcayib səslər çıxardığını və tez-tez yerə tüpürdüyünü bildirib. H. D. sözü gedən şəxsin indiyədək heç kəsə hücum etmədiyini, ancaq keçən axşam yenə də cib telfonu ilə şəklini çəkmək istərkən “Mənim şəklimi niyə çəkirsən? Sən nə etmək istəyirsən?” deyə, etiraz edəndə, ona yumruqla hücum etdiyini bildirib.

“Hadisə yerindən keçən və yanında iti olan başqa bir Alman isə, itinin köməkliyi ilə irqçi Almanı polis gələnə qədər saxlaya bildi” - deyən günahsız qadınlar: “Bu da Almandır, o da. İrqçi düşüncəyə sahib olanlar da var, olmayanlar da” - deyərək, son dövrlər irqçilərin mətbuat tərəfidən dəstəklənməsinin bu tip hadisələrin baş verməsinə səbəb olduğunu bildiriblər.

Qadınlar həmçinin, hücum edənin sərbəst buraxılmasından dəhşətə gəldiklərini və daim qorxu içərisində yaşadıqlarını bildiriblər.

Xeberdar.net

Almaniyada irqçilər Türk qadınlara hücum etdilər

  • 1-04-2017, 18:49
  • 107


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Aşıq Pəri Məclisi" “Azərxalça” ASC-nin İsmayıllı filalında xalçaçı xanımlarla görüşüb
  2. Norveç Azərbaycandakı səfirliyini niyə bağlamalı oldu?!
  3. “Regionlarda ailə dəyərlərinin təbliği ilə bağlı tədbirlərin təşkili” layihəsinin yekun təqdimat tədbiri keçrildi
  4. Bizim fərqimiz -Ənvər Ağazadədən siyasi iddia
  5. Qazi qardaşları Baş qazi Etimad Əsədova cümə axşamı mərasimi keçirdi.+VİDEO
  6. Əli Abbasovun da Londonda əmlakı ortaya çıxdı? - Sabiq nazirin oğlu açıqlama yaydı
  7. Dövlət Qeydiyyat İmtahan idarəsi, yoxsa Məlixanın kolxoz bazarı..? - Cavabsız qalan VİDEO görüntülər
  8. Abel Məhərrəmovu BDU-da kim əvəzləyir? - AÇIQLAMA
  9. ''Neftçala İcra Hakimiyyətinin başçısı məndən 70 min manat alıb'' - VİDEO
  10. HÜSEYN CAVİD İNSAN HAQQINDA ( Üçüncü yazı)
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
MARAQLI