Rusiya Xəzərdən yenə raketlər atdı (VİDEO, FOTO)

Raketlərin buraxılması idarəetmə sisteminin yoxlanması məqsədini güdür.
Rusiya Xəzərdən yenə raketlər atdı (VİDEO, FOTO)

Rusiya Silahlı Qüvvələrinin idarə sisteminin yoxlanması məqsədilə plana uyğun olaraq Xəzər dənizindən raketlər buraxılıb.

Xeberdar.net-in ANS PRESS-e istinadən məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyi xəbər yayıb.

Təlimlər zamanı müxtəlif təyinatlı raketlər sınaqdan keçirilib. "Təlim gedişatında birləşmələrin və hərbi hissələrin nəzarət məntəqələrinə qədər Rusiya Milli Müdafiə idarə mərkəzindən idarənin bütün vertikalı üzrə döyüş əmrlərinin və siqnalların qəbul olunma etibarlılığı daxil olaraq bütün sistemlər yoxlanıb", - deyə xəbərdə deyilir.

Xəzərdən raketlər belə buraxıldı

Yoxlamada Strateji Raket Qüvvələrinin hərbi hissələri, Şimal və Sakit okean donanmaları, Xəzər donanması həmçinin aviasialar iştirak edib. Strateji Raket Qüvvələri "Pleseçk kosmodromundan" "Topol" qitələrarası ballistik raketinin işə salmasını həyata keçirib.
Rusiya Xəzərdən yenə raketlər atdı (VİDEO, FOTO)

Ballistik raketlər qayıq-raket daşıyıcıları "Bryansk" (R-29RMU2 Barentsev dənizinin akvatoriyasından) və "Podolsk" (R-29R Oxotsk akvatoriyasından) atılıb. Xəzər donanmasının "Velikiy Ustyuq" kiçik raket gəmisinin ekipajı tədris hədəfi üzrə "Kalibr" qanadlı raket kompleksinin atışlarını yerinə yetirib. Tu-160 strateji raket daşıyıcıları Pemboy (Komi Respublikası) və Kura (Kamçatka yarımadası) poliqonlarında qanadlı raketlərlə yerüstü hədəflərin vurulmasını həyata keçirib.
Rusiya Xəzərdən yenə raketlər atdı (VİDEO, FOTO)

Qanadlı "Kalibr" raketi

Fevral ayında da Xəzər dənizində Rusiya Federasiyasının Hərbi Dəniz Donanmasının təlimləri baş tutub. 3 gün davam edən təlimlərdə təxminən 600 hərbi qulluqçu və 40-dan çox xüsusi texnika iştirak edib.Təlimlər çərçivəsində Rusiya Hərbi Dəniz Donanmasının döyüş hazırlığı yoxlanılıb.Təlimlərdə "Qrad Sviyajsk", "Uqliç" , "Volqodonsk" və "Mahaçqala" gəmiləri iştirak edib. Təlimdə hərbi gəmilər müxtəlif manevrləri yerinə yetirərək, döyüş hərəkətlərini icra ediblər. Onlar hava və sudakı hədəflərə artileriya atəşi ilə vurub.

Həmçinin keçən ayın 7-də Rusiya Suriyadakı İŞİD mövqelərini Xəzər dənizindən uzaq mənzilli raketlərlə vurub. Rusiya müdafiə naziri Sergey Şoyqu prezident Vladimir Putinlə görüşdə bildirib ki, Xəzər dənizində olan 4 hərbi gəmidən terrorçulara 26 raket zərbəsi endirilib. 11 hədəfin vurulduğunu deyən Şoyqu hədəflərin hamısının məhv edildiyini bildirib. Onun sözlərinə görə, sentyabrın 30-dan başladılan hərbi əməliyyatlarda İŞİD-in 112 mövqesi vurulub. Şoyqu hücumların bundan ağır olacağını bəyan edib.
Rusiya Xəzərdən yenə raketlər atdı (VİDEO, FOTO)

Xəzər dənizi xəritədə

Ümumiyyətlə, son vaxtlar Rusiya Xəzər dənizində xeyli fəallaşıb. Bu isə ABŞ ilə Avropa ölkələrini narahat edir. Rusiya bu təlimlərlə öz gücünü göstərmək və sanksiyaların ona təsir etmədiyini bildirmək istəyir. Bundan başqa, Rusiya prezidenti Vladimir Putin göstərməyə çalışır ki, Yaxın şərq regionunda hər hansı addım atılacaqsa, onunla da hesablaşmaq lazımdır.

Rusiya Xəzərdən yenə raketlər atdı (VİDEO, FOTO)

  • 30-10-2015, 21:34
  • 896


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Hanı şəhidlərimizin qisası? Hanı Qarabağ? Hanı müharibə əmri?" - HÜRRÜ ƏLİYEV
  2. Azərbaycan Türk fəlsəfi fikir xəzinəsinə möhtəşəm töhfə
  3. Ümumdünya Səhiyyə Təşkilatında böyük qalmaqal – “ÜST başçısından hamı narazıdır...”
  4. Sabah hava necə olacaq? –Proqnoz
  5. TƏBİB-dən əhaliyə xəbərdarlıq:"Bütün dünya yeni dalğaya hazırlaşır"
  6. Hökumət 107 min fərdi və mikro sahibkara maliyyə dəstəyi göstərəcək
  7. “RUSİYA AQRESSİVLİK NÜMAYİŞ ETDİRSƏ, ONU PARÇALAYACAQLAR” – “Bizim generalın yerdəyişməsini ermənilərə Rusiya verib”
  8. Aleksandr Lukaşenko ilk təbriki qəbul etdi
  9. "Azərsu" rəhbərinin saray kimi evi (FOTOLAR)
  10. Şahin Seyidzadə: "Hökümət yeni idarəetmə modelləri tətbiq etməkdə israrlıdır"
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MARAQLI