Rusiya Suriyanın hava hücumundan müdafiə sistemini gücləndirəcək

Rusiya Suriyanın hava hücumundan müdafiə sistemini gücləndirəcək“Yaxın vaxtlarda Suriya Silahlı Qüvvələrinin hava hücumundan müdafiə sisteminin effektivliyini artırmaq və möhkəmləndirmək üçün kompleks tədbirlər görüləcək”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib. “Suriyadakı infrastrukturun daha həssas obyektlərini əhatə etmək üçün yaxın vaxtlarda Suriya hava hücumundan müdafiə sisteminin effektivliyini artırmaq və möhkəmləndirmək üçün kompleks tədbirlər görüləcək”, - deyə o, qeyd edib.

Rusiya MN-in sözçüsü ABŞ-ın Suriyadakı aviabazaya raket zərbələrinin döyüş effektivliyinin çox aşağı olduğunu söyləyib: “Aprelin 7-də Moskva vaxtı ilə saat 03:42 - 03:56 arasında Aralıq dənizi akvatoriyasındakı Krit adası rayonundan ABŞ hərbi dəniz qüvvələrinə məxsus iki hərbi gəmidən Suriyanın Homs əyalətindəki Əş-Şayrat aviabazasına 59 “Tomahawk” qanadlı raketləri ilə zərbə endirilib. Rusiya pilotsuz uçuş aparatlarının məlumatlarına görə, Suriya aviabazasına qədər həmin raketlərdən cəmi 23-ü uça bilib. Zərbələr nəticəsində texniki avadanlıq anbarı, yeməkxana, anqarda olan 6 ədəd “Miq-23” təyyarəsi, eləcə də radiolokasiya stansiyası məhv edilib. Uçuş-enmə zolağı və dayanacaqda olan Suriya hərbi Hava Qüvvələrinə məxsus təyyarələr ziyan görməyib. Suriya aviabazasının komandanlığının məlumatına görə, 2 suriyalı hərbçi itkin düşüb, 4 nəfər həlak olub, 6 nəfər isə yanğını söndürərkən xəsarət alıb”.

Xeberdar.net

Rusiya Suriyanın hava hücumundan müdafiə sistemini gücləndirəcək

  • 7-04-2017, 15:51
  • 372


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. İqbal Ağazadə koronavirusdan ölən baş redaktordan yazdı: "Füzulimi yaddaşlara köçürən son oğlan"
  2. Qobustan rayonunda COVİD-19 infeksiyası ilə bağlı reyd keçirilib- FOTOLAR
  3. "Boş boş şüarlar və pafoslu çıxışlarla özlərində siyasi lider obrazı yaradıb milləti yola verməklə məşğuldurlar."- HÜRRÜ ƏLİYEV
  4. Qobustanda taxıl biçini davam etdirilir - FOTOLAR
  5. Son Dəqiqə: XİN-in binasında xüsusi əməliyyat keçirilir
  6. İsmayıllıda reyd keçirilib - FOTOLAR
  7. DTX XARİCİ İŞLƏR NAZİRLİYİNDƏ ƏMƏLİYYAT KEÇİRİR - Rəsmi açıqlama
  8. QHT sədrləri həmkarlarına başsağlığı verdi
  9. Şənbə günü üçün hava proqnozu açıqlandı
  10. Naxçıvanda koronavirusdan ölənlərin sayı açıqlandı
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MARAQLI