“Azərsun” qiymətləri aşağı saldı – AÇIQLAMA

“Azərsun” qiymətləri aşağı saldı – AÇIQLAMAAzərbaycanda ən böyük qida məhsulları istehsalsalçılarından biri olan “Azərsun Holdinq” bir neçə əsas ərzaq məhsullarının qiymətlərini aşağı salıb.

Holdinqin İctimaiyyətlə əlaqələr və Sosial xidmətlər departamentinin rəhbəri Afiq Səfərov “Marja”ya bildirdi ki, hökumət tərəfindən aparılan ardıcıl təsirli islahatlar və pul siyasəti nəticəsində iqtisadiyyatda sabitləşmə meylləri yaranmış, Azərbaycan Manatı ABŞ Dolları qarşısında möhkəmlənməyə başlamışdır. Bunu nəzərə alaraq əsas qida məhsullarından olan şəkər tozu, günəbaxan və qarğıdalı yağının qiymətləri aşağı salınmışdır:

“Ton hesabı ilə, şəkər tozuna 60 manat, günəbaxan yağına 150 manat, qarağıdalı yağına isə 250 manat endirim edilib. Nəticədə, şəkər tozunun kiloqramının qiyməti 6 qəpik, günəbaxan yağının qiyməti 15 qəpik, qarğıdalı yağının kiloqramının qiyməti isə 25 qəpik aşağı düşümüşdür”.

Afiq Səfərov qeyd etdi ki, Dollar/Manat məzənnəsi daha da sabitləşdikcə, digər məhsulların da qiymətlərinin aşağı salınması davam etdiriləcəkdir.

Xeberdar.net

“Azərsun” qiymətləri aşağı saldı – AÇIQLAMA

  • 7-04-2017, 18:46
  • 263


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. İqbal Ağazadə koronavirusdan ölən baş redaktordan yazdı: "Füzulimi yaddaşlara köçürən son oğlan"
  2. Elman Abbasov: "Proseslərin bu şəkildə davam etməsi ciddi problemlərə gətirib çıxara bilər"
  3. "Ölkədə durum o qədər ciddiləşməkdədir ki, hər hansı kiçik bir hadisədən belə hər an böyük bir proses baş verə bilər" - Hürrü Əliyev
  4. "Boş boş şüarlar və pafoslu çıxışlarla özlərində siyasi lider obrazı yaradıb milləti yola verməklə məşğuldurlar."- HÜRRÜ ƏLİYEV
  5. Təhsil Naziri Ceyhun Bayramova MÜRACİƏT…
  6. 30 iyunda gözlənilən hava şəraiti
  7. Qobustanda taxıl biçini davam etdirilir - FOTOLAR
  8. Bakıda Mağazaları yoxlayan dəstə peyda olub - FOTOLAR
  9. Polis əməliyyat keçirdi, saxlanılanlar var –DİN
  10. Azərbaycan Hərbi Dəniz Qüvvələrinə yeni komandan təyin edilib
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MARAQLI