Akif Çovdarov İlham Əliyevə müraciət edəcək

Akif Çovdarov İlham Əliyevə müraciət edəcək


MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin xüsusilə ağır cinayətlərdə (qətl, banditizm, vətəndaşların qanunsuz həbsi və s.) ittiham olunaraq həbs edilən sabiq rəisi, general-mayor Akif Çovdarov prezident İlham Əliyevə müraciət etmək niyyətindədir.


Xeberdar.net bildirir ki, bu barədə virtualaz.org saytına A.Çovdarovun vəkili məlumat verib.

Vəkilin sözlərinə görə, A.Çovdarov dövlət başçısına müraciətində Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməkdaşlarından şikayət etməyə hazırlaşır.

Vəkil bildirib ki, Akif Çovdarovun müdafiəçiləri generalın saxlandığı 1 saylı İstintaq Təcridxanasına daxil olarkən əsassız olaraq axtarışlara məruz qalırlar. Müdafiəçiləri bu haqda A.Çovdarova məlumat verəndən sonra general bununla bağlı dövlət başçısına müraciət etməyi qərara alıb.

Məlumatı verən vəkilin sözlərinə görə, bu cür ciddi yoxlamalar digər təqsirləndirilən şəxslərin müdafiəçilərinə qarşı aparılımır: “Ciddi yoxlamalar aparırlar, ən əsası isə odur ki, sənədləri də alırlar, bir-bir vərəqləyib oxuyurlar, hamısına baxırlar, kserosurətini çıxarıb rəhbərliyə təqdim edirlər. Halbuki “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunun 7-ci maddəsinə əsasən peşə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar vəkillər tərəfindən toplanmış sənədlər və digər sübutlar istintaq və məhkəmə orqanları tərəfindən tələb edilə və götürülə bilməz”.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr mərkəzindən isə virtualaz.org saytına bildiriblər ki, A.Çovdarovun və onun vəkillərinin bu şikayətinin heç bir əsası yoxdur: “Akif Çovdarov və digərləri 1 saylı İstintaq Təcridxanasında milli qanunvericiliklə müəyyən olunmuş daxili nizamnamə qaydalarına uyğun saxlanılırlar”.

Xatırladaq ki, Akif Çovdarov ifşa edilərək vəzifədən çıxarılmış sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun “şəxsi kassiri” və “boz kardinal”ı olub. A.Çovdarov uzun illər boyu ictimai xadimlərə, jurnalistlərə və iş adamlarına qarşı qanunazidd əməllər törətməsi ilə “məşhurlaşıb”.

Akif Çovdarov İlham Əliyevə müraciət edəcək

  • 21-11-2015, 18:40
  • 798


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. İqbal Ağazadə koronavirusdan ölən baş redaktordan yazdı: "Füzulimi yaddaşlara köçürən son oğlan"
  2. Qobustan rayonunda COVİD-19 infeksiyası ilə bağlı reyd keçirilib- FOTOLAR
  3. "Boş boş şüarlar və pafoslu çıxışlarla özlərində siyasi lider obrazı yaradıb milləti yola verməklə məşğuldurlar."- HÜRRÜ ƏLİYEV
  4. Qobustanda taxıl biçini davam etdirilir - FOTOLAR
  5. Son Dəqiqə: XİN-in binasında xüsusi əməliyyat keçirilir
  6. İsmayıllıda reyd keçirilib - FOTOLAR
  7. DTX XARİCİ İŞLƏR NAZİRLİYİNDƏ ƏMƏLİYYAT KEÇİRİR - Rəsmi açıqlama
  8. QHT sədrləri həmkarlarına başsağlığı verdi
  9. Şənbə günü üçün hava proqnozu açıqlandı
  10. Naxçıvanda koronavirusdan ölənlərin sayı açıqlandı
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MARAQLI