“SOCAR Polymer”in bir çox hazır məhsulu əsasında zavodlar yaradıla bilər”

“SOCAR Polymer”in bir çox hazır məhsulu əsasında zavodlar yaradıla bilər”“Mən sahibkarların diqqətini böyük bir layihəyə cəlb etmək istəyirəm. Bu, Sumqayıt Kimya Sənaye Parkında yaradılmaqda olan “SOCAR Polymer” zavodudur. Bu, çox nəhəng sənaye müəssisəsidir, yüz milyonlarla dollar sərmayə qoyulur və çox gözəl məhsul istehsal edəcək”.

Moderator.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Azərbaycan Prezidenti qeyd edib ki, bu məhsul həm daxildə istifadə olunacaq, həm də ixracyönümlüdür: “Ancaq mən qeyd etməliyəm ki, bu xammalın əsasında çox ciddi bir sənaye sahəsi yaradıla bilər. Biz demək olar ki, indi bütün hazır plastik məhsulları xaricdən idxal edirik. Ancaq “SOCAR Polymer”in işə düşməsindən sonra Azərbaycanda hazır məhsul istehsal etmək üçün yaxşı imkanlar yaranır və bu, biznes üçün də çox gəlirli bir sahə olacaq. Ona görə bizim dövlət qurumlarına müraciət edirəm, onlar sahibkarlara bunu daha da yaxşı başa salsınlar ki, “SOCAR Polymer”in bir çox hazır məhsulu əsasında zavodlar, fabriklər yaradıla bilər”,- dövlət başçısı çıxışında bildirib.
Prezident vurğulayıb ki, bu, həm yeni iş yerlərinin yaradılması deməkdir, həm də sahibkarlara əlavə gəlir gətirəcək: “Bizim ixrac məhsulumuz da daha böyük qiymətə xarici bazarlara çıxarılacaq. Əgər belə olmasa, “SOCAR Polymer”in məhsulu ancaq xammal kimi xaricə satılacaq. Əlbəttə, bu da yaxşı haldır, amma əminəm ki, mənim məsləhətim nəzərə alınacaq”,- İlham Əliyev əlavə edib.

Xeberdar.net

“SOCAR Polymer”in bir çox hazır məhsulu əsasında zavodlar yaradıla bilər”

  • 11-04-2017, 14:59
  • 282


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. “O YA AĞLINI İTİRİB, YA DA ÖLKƏNİ QARIŞDIRMAQ İSTƏYİR...” - Mehdiyevin təhdidinə reaksiyalar
  2. "Unutmayaq ki,biz müəllimik" - Müəllim Günay Bayramlı - TƏHSİL
  3. RAMİZ MEHDİYEVİN SİFARIŞ VERDİYİ ŞİRKƏTLƏR - AMEA dövlət satınalmalarında aktiv iştirak etməyə başlayıb
  4. Azərbaycan Respublikasının e-ticarət qanunvericiliyi mövzusunda ikinci onlayn təlim keçrildi
  5. Tofiq Yaqublu xəstəxanaya yerləşdirilir
  6. Azərbaycan Respublikasının e-ticarət qanunvericiliyi mövzusunda onlayn təlim keçrildi
  7. Bərdədə körpə doğuşdan sonra ölüb- Cinayət işi başlanıb
  8. Hikmət Hacıyev:“Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasətinin heç bir qüvvəsi yoxdur”
  9. "Bakı Metropoliteni"nin idarə rəisi işdən çıxıb
  10. Şirkət direktoruna 500 min dollarını mənimsədiyi xanım iş adamından ŞOK İTTİHAM -- VİDEO / FAKT
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MARAQLI