“SOCAR-Türkiyə”-nin rəhbərliyi ADNSU-da tələbələrlə görüşüb

“SOCAR-Türkiyə”-nin rəhbərliyi ADNSU-da tələbələrlə görüşübAprelin 13-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “SOCAR Türkiyə” şirkətlər qrupunun rəhbərliyi ilə görüş keçirilib. Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, “SOCAR-Türkiyə”nin insan resursları üzrə departamentinin rəhbəri Dinar Məmmədova, Əməliyyatlar üzrə departamentin rəhbəri Emil Eminov, “Star Rafineri” şirkətinin planlaşdırma və optimizasiya üzrə şöbəsinin müdiri Eray Sarıbaş universitetin professor-müəllim heyəti və tələbələr iştirak edib.

Tədbirdə SOCAR-Türkiyənin nəzdində olan müəssisələr, həyata keçirilən layihələr və digər faəliyyət istiqamətləri haqqında video sujet nümayiş olunub. “SOCAR-Türkiyə”, “Petkim” və digər şirkətlərlə əməkdaşlıqdan söz açan rektor M.Babanlı qeyd edib ki, tələbələr və məzunlar üçün “SOCAR–Türkiyə”nin təqdim edəcəyi layihələr onların təcrübə toplaması və gələcək karyera qurmaları üçün mühüm əhəmiyyət kəsb edir.

““SOCAR-Türkiyə”nin tələbə və məzunlara yaratdığı bu fürsəti yüksək qiymətləndiririk. Bizim hədəfimiz əlavə modullar və tələb olunan bilikləri vermək naminə çalışmaqdır”, - deyə rektor, professor M.Babanlı bildirib.

Tədbirdə tələbə və məzunlar üçün 2 əsas layihə təqdim olunub, tələbələrin yay təcrübəsi keçməsi və “Star” şirkətində mütəxəssis kimi işləməsi məsələləri müzakirə edilib.

“SOCAR-Türkiyə”nin Əməliyyatlar üzrə departamentinin rəhbəri E.Eminov təmsil etdiyi şirkətin yaranma tarixindən, fəaliyyətindən, həyata keçirdiyi beynəlxalq layihələrdən və qarşıda duran məsələlərdən, həmçinin mühüm inkişaf mərhələlərindən danışıb. Qeyd edilib ki, SOCAR bu gün Türkiyədə 1 nömrəli investor olmaqla mühüm layihələrə investisiyaların cəlb edilməsini həyata keçirir. Türkiyə isə bu işdə körpü rolunu oynayır.

“Star” neft emalı zavodunun fəaliyyətindən danışan E.Sarıbaş qeyd edib ki, inşa olunan bu müəssisə dünyanın ekoloji cəhətdən ən sağlam, səmərəli və müasir texnologiyalara əsaslanan layihələrindən biridir.

Daha sonra SOCAR-Türkiyə şirkətinin İnsan resursları üzrə rəhbəri Dinar Məmmədova tələbələrə proqram, seçim prosesi və təcrübə haqqında təqdimatla çıxış edib. Seçim imtahan və müsahibə əsasında aprel ayının sonunda keçiriləcək.

Sonda SOCAR-Türkiyə şirkətlər qrupunun nümayəndələri tələbələrin çoxsaylı suallarını cavablandırdılar.

Xeberdar.net

“SOCAR-Türkiyə”-nin rəhbərliyi ADNSU-da tələbələrlə görüşüb

  • 13-04-2017, 18:11
  • 263


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Vaqif Əliyevin qohumlarının tender talanı???-VİDEO
  2. Deputat oğlu model xanıma 50 min dollar verib foto çəkdirib – FOTOLAR
  3. SOS: Şamaxıda bir ailənin 17 ildən sonrakı dramı – Asif və ailəsinin sabahdan küçədə yaşam mücadiləsi başlayır
  4. “İran inqilabdan sonra ən ağır günlərini yaşayır” –Ruhani
  5. “Çox təəssüf ki, bacarmadım” –Yadigar Sadıqlı "Miqrant alveri"nə görə tutulan müsavatçılardan yazdı
  6. "Onlar peşəkarlıqda bizdən geri qalırlar" - Azər Xudiyev
  7. “Yayılan videgörüntülərlə bağlı araşdırma aparılır” – Bakı polisi
  8. Gürcüstanda 8 min nəfər QİÇS-ə yoluxub – Onlardan 43-ü uşaqdır
  9. Maliyyə Bazarlarına Nəzarət Palatası sahibkarlara müraciət etdi:"Bizneslərinizi şəffaflaşdırın"
  10. Bakıda doğulan qəribə körpə ÖLÜB - Baş həkimdən AÇIQLAMA (VİDEO)
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MARAQLI