Ədən aeroportu atəş altında

Ədən aeroportu atəş altında


Yəmən ordusu və xalq komitələri qüvvələri Nəcranda Ərəbistanın əl-Məxruq hərbi bazasını ələ keçirməklə bir səudiyyəli hərbçini öldürüb və bir qrupu da yaralayıblar.

Səhər Beynəlxalq Televiziyasının əl-Məsirə telekanalına istinadla verdiyi məlumata görə, bu hücumda Ərəbistan ordusunun bir neçə hərbi avtomobili məhv edilib. Bu bazaya hücum əməliyyatı Səudiyyə Ərəbistanı qırıcı təyyarələrinin Yəmən ordusu və xalq komitələri qüvvələrinin irəliləməsinin qarşısını almaq üzrə nəticəsiz səyləri ilə eyni zamanda baş tutub. Habelə Səudiyyə Ərəbistanı qırıcı təyyarələri Yəmənin Həccə vilayətinin Heyran məntəqəsində dövlət binalarının ətrafını 7 dəfə atəşə tutublar. Ərəbistan qırıcı təyyarələri Ədən beynəlxalq aeroportunu da bir neçə dəfə hədəfə alıblar.

Səudiyyə Ərəbistanı qırıcı təyyarələrinin Təiz vilayətinin əl-Qərbiyyə kəndinə hücumunda 7 nəfər şəhid olub, 16 nəfər də yaralanıb. Səudiyyə Ərəbistanının Yəmənə təcavüzünün 3-cü ayında həlak olanların sayı 4 min nəfəri keçib. Həlak olanların təxminən 500 nəfəri uşaqdır.

Ədən aeroportu atəş altında

  • 27-05-2015, 08:00
  • 870


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Korona xəstələrini sağaldan amerikalı həkim HƏR ŞEYİ AÇDI: Ən effektiv dərman budur və yoluxmamaq üçün...
  2. İqbal Ağazadə: "Ərzaq üçün müraciət edən hər bir ailəyə üzvlərinin sayına uyğun qida rasionu müəyyən edilməli, evlərə çatdırılmalıdır"
  3. Gilanın "qanlı bağı"-VİDEO
  4. Türkiyədən koronovirusla bağlı müjdəli xəbər: 6 aprel tarixində....
  5. Bu gündən bu şəxslər xidməti vəsiqə və ya iş yeri barədə arayışla evdən çıxa biləcək - SİYAHI
  6. Salyan Rayonunda koronavirus pandemiyası ilə mübarizəyə dəstək olmaq məqsədi ilə tibbi maskaların tikilməsinə başlanıb
  7. Azaqlıq Aşiqi - Ələkbər Talıbov
  8. Prezident Sumqayıt yolundakı vəziyyətə baxdı FOTO
  9. Rusiyanın ABŞ-a göndərdiyi tibbi ləvazimatlarla bağlı qalmaqal – Sanksiya qoyulan zavodda istehsal olunub
  10. Hadi Rəcəblinin daha 5 şirkəti üzə çıxdı
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI