Müdafiə naziri: "Artıq ordumuzda ən müasir silahlar var" - FOTOLAR

Müdafiə naziri: "Artıq ordumuzda ən müasir silahlar var" - FOTOLAR
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Cəmşid Naxçıvanski adına Hərbi Liseyin şəxsi heyəti ilə görüşüb.

Xeberdar.net Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, Z. Həsənov tədbirdə çıxış edərək özünün də məzunu olduğu Hərbi Liseyin şəxsi heyəti ilə görüşündən məmnun olduğunu bildirib və ölkədə ordu quruculuğu prosesində təhsil ocağının xüsusi rolunu qeyd edib.

Nazir deyib ki, hələ keçmiş sovetlər dövründə Heydər Əliyev bu vacib təhsil müəssisəsini yaratmaqla böyük uzaqgörənlik nümayiş etdirib: “Dahi rəhbərimiz hələ neçə illər əvvəl Azərbaycanın müstəqil dövlət olacağını düşünərək belə qətiyyətli islahatlara imza atmışdı. Mən deyərdim ki, müasir Silahlı Qüvvələrimizin formalaşmasında Hərbi Liseyin çox mühüm əhəmiyyəti olub. Məktəbin yetirmələri bu gün də ordumuzun sıralarında məsul vəzifələrdə xidmət edərək ölkəmizin hərbi qüdrətinin güclənməsində bacarıq və səylərini əsirgəmirlər”.
Müdafiə naziri: "Artıq ordumuzda ən müasir silahlar var" - FOTOLAR Müdafiə naziri çıxışında son illər Azərbaycan xalqı və dövləti, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən ordunun inkişaf etdirilməsinə göstərilən diqqət və qayğıdan söhbət açıb və qeyd edib ki, hazırda hərbi hissələr müasir səviyyədə qurulur, yeni silah və hərbi texnikalar alınır.

“Artıq ordunun təchizatında ən müasir silahlar var. Bu, dövlətimizin iqtisadi inkişafının təzahürüdür. Hər kəs bilməlidir ki, xalqımız və dövlətimiz Silahlı Qüvvələrin hərbi potensialının artırılmasında maraqlıdır. Bizim vəzifəmiz isə torpaqlarımızı son qarışına kimi azad etməklə göstərilən bu yüksək etimadı layiqincə doğrultmaqdır”, - deyə o bildirib.
Müdafiə naziri: "Artıq ordumuzda ən müasir silahlar var" - FOTOLARTədbirdə çıxış edən Hərbi Liseyin rəisi, polkovnik Rüfət Əmirov, müəllimlər və kursantlar əvvəlki dövrlərlə müqayisədə hərbi təhsilin müasir tələblər səviyyəsində inkişaf etdirilməsi üçün bir sıra vacib işlər görüldüyünü bildirib, eləcə də göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

Görüşdə müdafiə naziri tərəfindən təhsildə və intizamda fərqlənən bir qrup kursanta hədiyyələr təqdim edilib.

Xeberdar.net

Müdafiə naziri: "Artıq ordumuzda ən müasir silahlar var" - FOTOLAR

  • 2-12-2015, 15:27
  • 695


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. İqbal Ağazadə koronavirusdan ölən baş redaktordan yazdı: "Füzulimi yaddaşlara köçürən son oğlan"
  2. Elman Abbasov: "Proseslərin bu şəkildə davam etməsi ciddi problemlərə gətirib çıxara bilər"
  3. "Boş boş şüarlar və pafoslu çıxışlarla özlərində siyasi lider obrazı yaradıb milləti yola verməklə məşğuldurlar."- HÜRRÜ ƏLİYEV
  4. 30 iyunda gözlənilən hava şəraiti
  5. Qobustanda taxıl biçini davam etdirilir - FOTOLAR
  6. Azərbaycan Hərbi Dəniz Qüvvələrinə yeni komandan təyin edilib
  7. Deputatın mülkləri - siyahı
  8. Siyəzəndə quş ətinin çəkisini su vuraraq artıran müəssisə aşkarlanıb - VİDEO
  9. Son Dəqiqə: XİN-in binasında xüsusi əməliyyat keçirilir
  10. Avtomobillər toqquşdu - 1 ölü
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MARAQLI