Ədliyyə Nazirliyi Razi Nurullayevin AXCP-sini də tanımadı

Ədliyyə Nazirliyi Razi Nurullayevin AXCP-sini də tanımadı Ədliyyə Nazirliyi Razi Nurullayevin rəhbərlik etdiyi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) bu ilin oktyabrın 18-də keçirilən qurultayı ilə bağlı müvafiq məlumatların dövlət reyestrinə daxil edilməsi üçün etdiyi müraciətini cavablandırıb.

Xeberdar.net-in xəbərinə görə, bu barədə "Report"a R.Nurullayev məlumat verib.

O bildirib ki, nazirlik bununla bağlı məhkəməyə müraciət etməyi tövsiyə edib.

R.Nurullayev qeyd edib ki, qurultayla bağlı sənədlər 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinə təqdim olunub.

Xatırladaq ki, Ədliyyə Nazirliyi Əli Kərimlinin AXCP-nin sentyabrın 27-də keçirilən qurultayı ilə bağlı da məhkəməyə müraciət edilməsinin məqsədəuyğun olduğunu tövsiyə etmişdi.

Qeyd edək ki, "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanuna əsasən, hüquqi şəxslər, o cümlədən siyasi partiyalar sənədlərdə dəyişiklik olarsa, 40 gün müddətində müvafiq məlumatların dövlət reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə müraciət etməlidir.

Razi Nurullayevin rəhbərlik etdiyi AXCP-nin oktyabrın 18-də keçirilən etimad qurultayında R.Nurullayev sədr seçilib.

Xeberdar.net

Ədliyyə Nazirliyi Razi Nurullayevin AXCP-sini də tanımadı

  • 2-12-2015, 15:30
  • 686


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. İqbal Ağazadə; "İranla bağlanan o saziş təkcə siyasi deyil, həm də iqtisadi cəhətdən də nə qədər ziyanımızadır,.."
  2. “Məməmmədli” kəndinin probelmləri Türkiyənin televiziyasında yayımlanıb
  3. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu xüsusi müsabiqənin qaliblərini mükafatlandıracaq – FOTO
  4. SAAKAŞVİLİ RUSİYA PREZİDENTİ HAQDA SENSASİON AÇIQLAMALAR VERDİ:"Sarkozi qorxmuş vəziyyətdə danışdı ki, Putin zombiləşib, o, çox təhlükəli adamdır..." - VİDEO
  5. Elman Abbasov: "Proseslərin bu şəkildə davam etməsi ciddi problemlərə gətirib çıxara bilər"
  6. Azərbaycanda əmək müqaviləsinin forması dəyişdirilir
  7. Azərbaycandan milyonlarla pulu çıxaran şəxslər kimlərdir? — DTX əməliyyatının ŞOK DETALLARI
  8. SABİQ NAZİRİN ŞİRKƏTİ 10 MİLYONLUQ TENDERİN QALİBİ OLUB - Son 9 ay ərzində ikinci dəfə
  9. "Ölkədə durum o qədər ciddiləşməkdədir ki, hər hansı kiçik bir hadisədən belə hər an böyük bir proses baş verə bilər" - Hürrü Əliyev
  10. Deputat karantin rejiminin qaydalarını pozub - FOTO
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MARAQLI