Naxçıvan cəbhəçisi Psixoloji Dispanserə aparılıb

Naxçıvan cəbhəçisi Psixoloji Dispanserə aparılıb
Noyabrın 15-də Sədərək rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan Nazim Mahmudov haqqında məlumat var. AXCP Naxçıvan şöbəsinni sədri Yaşar Bağırsoy öz “facebook” səhifəsində bunları yazıb: “Siyasi sifarişlə şərlənərək həbs olunmuş AXCP Şərur rayon şöbəsinin fəal üzvü Nazim bəyin anası Xatun Mahmudovanın narahatlığını sizinlə bölüşmək qərarına gəldim. 73 yaşlı anamızın aldığı məlumata görə Nazim bəyin sağlamlığında narahatlıq yaranıb.Bu gün Nazim bəy Naxçıvan MR Psixoloji Dispanserinə gətirilərək yoxlanışdan keçirilib. Ailə üzvləri hesab edir ki, həbsxanada Nazim bəyə işgəncə verilib. Xatun Mahmudova əlavə olaraq bildirir ki, Naxçıvan MR Ali məclisin sədrinə baş verən haqsızlıqlarla bağlı bir neçə dəfə məktub yazsa da ona heç bir cavab verilmir”

Qeyd edək ki, Nazim Mahmudov isə noyabrın 15-də Sədərək rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Yaxınlarının dediyinə görə, o, üç gün Naxçıvan Daxili İşlər Nazirliyinin zirzəmisində saxlanılıb və işgəncəyə məruz qalıb. Daha sonra Sədərək rayon Polis Şöbəsinə gətirilən Nazim Mahmudov da vəzifəli şəxsə müqavimətdə ittiham olunaraq, barəsində həbs-qətimkan tədbiri seçilib.

Xeberdar.net
Naxçıvan cəbhəçisi Psixoloji Dispanserə aparılıb

Naxçıvan cəbhəçisi Psixoloji Dispanserə aparılıb

  • 2-12-2015, 16:25
  • 963


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. İqbal Ağazadə; "İranla bağlanan o saziş təkcə siyasi deyil, həm də iqtisadi cəhətdən də nə qədər ziyanımızadır,.."
  2. “Məməmmədli” kəndinin probelmləri Türkiyənin televiziyasında yayımlanıb
  3. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu xüsusi müsabiqənin qaliblərini mükafatlandıracaq – FOTO
  4. SAAKAŞVİLİ RUSİYA PREZİDENTİ HAQDA SENSASİON AÇIQLAMALAR VERDİ:"Sarkozi qorxmuş vəziyyətdə danışdı ki, Putin zombiləşib, o, çox təhlükəli adamdır..." - VİDEO
  5. Elman Abbasov: "Proseslərin bu şəkildə davam etməsi ciddi problemlərə gətirib çıxara bilər"
  6. Azərbaycanda əmək müqaviləsinin forması dəyişdirilir
  7. Azərbaycandan milyonlarla pulu çıxaran şəxslər kimlərdir? — DTX əməliyyatının ŞOK DETALLARI
  8. SABİQ NAZİRİN ŞİRKƏTİ 10 MİLYONLUQ TENDERİN QALİBİ OLUB - Son 9 ay ərzində ikinci dəfə
  9. Deputat karantin rejiminin qaydalarını pozub - FOTO
  10. "Ölkədə durum o qədər ciddiləşməkdədir ki, hər hansı kiçik bir hadisədən belə hər an böyük bir proses baş verə bilər" - Hürrü Əliyev
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MARAQLI