Əl-Anbar vilayətinin azadlığı üçün böyük əməliyyat başlandı

Əl-Anbar vilayətinin azadlığı üçün böyük əməliyyat başlandı



İraq ordusu müştərək qərargahının komandanlığı bildirib ki, əl-Anbar vilayətinin İŞİD terror qruplaşmasından azad olunması üçün böyük əməliyyat bu gün başlanıb.

Səhər Beynəlxalq Televiziyasının məlumaına görə, xalq könüllü qüvvələri də Səlahəddinin şimalındakı bölgələr, o cümlədən Bici, əl-Siniyyə və Bici neftayırma zavodunun müəyyən hissələrinin azad olunması əməliyyatına başlayıblar. İraq parlamentinin deputatı və xalq könüllü qüvvələrin sözçüsü Əhməd Əsədi deyib: Səlahəddinin əl-Anbar vilayətinə doğru şimal və cənub bölgələrində başlanan "Ləbbeyk Ya Hüseyn" əməliyyatı bu vilayətin İŞİD terrorçularından azad olunmasına qədər davam edəcək. İlk öncə İraq təhlükəsizlik qüvvələri xalq qüvvələrinin dəstəyi ilə Rəmadi şəhərinin qərbində əl-Anbar Universitetini azad ediblər. İraq müştərək təhlükəsizlik qüvvələri də Rəmadinin şərqində Şərqi Həsibə məntəqəsində İŞİD qruplaşması ilə döyüşdə 27 terrorçunu öldürüblər. İŞİD başçılarından Əbu Səyyafın həyat yoldaşının dediyinə görə, əl-Anbar vilayətinin bəzi hərbi komandirləri İŞİD qruplaşmasının Rəmadini ələ keçirməsini asanlaşdırmaq üçün bu qruplaşma ilə əməkdaşlıq ediblər.

Əl-Anbar vilayətinin azadlığı üçün böyük əməliyyat başlandı

  • 27-05-2015, 08:05
  • 788


Oxşar mövzular
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 
MARAQLI