YAP-dan Naqif Həmzəyevin Rəsulzadəni təhqir etməsinə reaksiya gəldi

YAP-dan Naqif Həmzəyevin Rəsulzadəni təhqir etməsinə reaksiya gəldi Gəncənin deputatı dediklərini danıb; Siyavuş Novruzov: “Bildirir ki, mən belə bir pis fikir söyləməmişəm”
YAP Gəncə təşkilatının sədri, parlamentə Gəncədən deputat seçilən Naqif Həmzəyevin Azərbaycan Demokratik Cümhuriyyətinin qurucusu, Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadəni aşağılaması çox sərt reaksiya doğurub.

Azərbaycan tarixinin şərəfli səhifələrində özünə yer almış M.Ə.Rəsulzadəyə qarşı belə həqarətli davranış ölkənin milli dəyərlərinə, keçmişinə, indisinə və gələcəyinə təhqir kimi qarşılanıb. Hakim partiyanın mandat sahibi olan üzvünün dediklərini necə qarşıladığını öyrənmək üçün “Yeni Müsavat” YAP icra katibinin müavini, deputat Siyavuş Novruzova müraciət edib.
S.Novruzova bildiribki, bu məsələ ilə bağlı N.Həmzəyevin özü ilə danışıb: “Mən onunla söhbət eləmişəm, dedi ki, belə fikir söyləməmişəm”.

YAP funksionerinə deputatın Rəsulzadəyə qarşı həqarətini təsdiqləyən audioyazının olduğunu xatırlatdıqda bunları bildirib: “İndi mən onu deyə bilmərəm. Hər halda, onun mənə dediyi fikir bundan ibarətdir. Dəfələrlə soruşmuşam. Deyir ki, mən belə bir pis fikir söyləməmişəm. Yəqin ki, jurnalistlə arasında olan anlaşılmazlıqdan irəli gəlib”.

S.Novruzov dövlətin M.Ə.Rəsulzadə və silahdaşlarına münasibətdən də danışıb: “Nəinki Rəsulzadəyə, bütün Demokratik Cümhuriyyətin qurucuları ilə bağlı dövlətin mövqeyi bəllidir. Dövlət onları yüksək qiymətləndirir və hər biri ilə də bağlı tədbirlər, yubileylər keçirilir. Demokratik Cümhuriyyətlə bağlı abidə kompleksinin qoyulması da nəzərdə tutulur. Bir abidə var və yenisinin qoyulması ilə bağlı layihə elan olunub, işlər gedir. Yəni bununla bağlı dövlətin mövqeyi açıqdır, bəllidir”.

YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə də modern.az saytına N.Həmzəyevin bu fikirləri səsləndirmədiyini deyib: “Mən onun açıqlamasını oxudum və Naqif Həmzəyevə inanıram. Gənc deputatımız özünün də dediyi kimi, bu fikirləri işlətməyib və onun fikirləri təhrif olunub, tamam başqa fikirlər verilib”.

A.Mirzəzadə deyib ki, N.Həmzəyev Yeni Azərbaycan Partiyasının fəal üzvlərindəndir: “O, özünü siyasi fəaliyyətdə, partiya işində həmişə müsbət tərəfdən göstərib, yetkin fikirləri ilə yaşadığı Gəncə şəhərində nüfuz qazanıb. Çox təəssüf edirəm ki, ilk gündən bizim YAP-dan olan gənc üzvümüz haqqında bilərəkdən, yaxud da bilməyərəkdən ajiotaj yaradıblar”.

A.Mirzəzadə bildirib ki, N.Həmzəyev demədiyi fikirlərə görə məsuliyyət daşımır: “Yeni Azərbaycan Partiyasının üzvləri həmişə tariximizə hörmətlə yanaşıb, tarixi şəxsiyyətlərin hörmətinin qorunmasının tərəfdarı olub. Bu məsələdə hər zaman digərlərinə nümunə göstəriblər. Mən hesab edirəm ki, bu, sadəcə, sensasiya xatirinə yaranmış insident idi və ona da cavab verildi”./Musavat.com/

Xeberdar.net

YAP-dan Naqif Həmzəyevin Rəsulzadəni təhqir etməsinə reaksiya gəldi

  • 3-12-2015, 10:01
  • 840


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. İqbal Ağazadə koronavirusdan ölən baş redaktordan yazdı: "Füzulimi yaddaşlara köçürən son oğlan"
  2. Elman Abbasov: "Proseslərin bu şəkildə davam etməsi ciddi problemlərə gətirib çıxara bilər"
  3. "Boş boş şüarlar və pafoslu çıxışlarla özlərində siyasi lider obrazı yaradıb milləti yola verməklə məşğuldurlar."- HÜRRÜ ƏLİYEV
  4. Təhsil Naziri Ceyhun Bayramova MÜRACİƏT…
  5. 30 iyunda gözlənilən hava şəraiti
  6. Qobustanda taxıl biçini davam etdirilir - FOTOLAR
  7. Polis əməliyyat keçirdi, saxlanılanlar var –DİN
  8. Azərbaycan Hərbi Dəniz Qüvvələrinə yeni komandan təyin edilib
  9. Deputatın mülkləri - siyahı
  10. Siyəzəndə quş ətinin çəkisini su vuraraq artıran müəssisə aşkarlanıb - VİDEO
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MARAQLI