“Mirzə Bala Məmmədzadə və Türk dünyası” mövzusunda növbəti diskussiya...

“Mirzə Bala Məmmədzadə və Türk dünyası” mövzusunda növbəti diskussiya...
22 aprel 2017-ci il tarixində Bütöv Azərbaycan Ocaqlarının (BAO) Türk Dünyasını Araşdırmalar Qurumunun (TDAQ) təşkilatçılığı ilə “Mirzə Bala Məmmədzadə və Türk dünyası” mövzusunda növbətidiskussiya keçirildi.

Tədbiri giriş sözü ilə BAO başqanının türk dünyası ilə əlaqələr üzrə müaviniFaiq Ələkbərli açdı. Sonra tanınmış türkoloq, filologiya elmləri namizədi, dosent Aydın Qasımlı (Mədətoğılu) mövzu üzrə geniş məruzə ilə çıxış etdi. O, M.B.Məmmədzadənin həyatı, yaradıcılığı və siyasi fəaliyyəti haqqında geniş məlumat verdi: “M.B. Məmmədzadə 1898-ci ildə doğulmuş, 1898–1923-cü illərdə Quzey Azərbaycanda, 1923-27-ci illərdə Güney Azərbaycanda, 1927-31-ci illərdə Türkiyədə, 1931-39-cu illərdə Polşada, 1939-cu ildən ömrünün sonuna qədər Türkiyədə yaşamışdır. ...M.Ə.Rəsulzadənin ideyalarını M.B.Məmmədzadə qədər dərk edən ikinci bir şəxs olmamışdır. Tariximizdə bu iki şəxs qədər biri birinə yaxın, ömürləri boyu yanaşı mübarizə aparan başqa iki şəxs tapmaq mümkün deyil. Təsadüfi deyil ki M.Ə.Rəsulzadənin vəfatından sonra 1955-59-cu illərdə Müsavat partiyasına məhz M.B.Məmmədzadə sədrlik etmişdir. M.B.Məmmədzadə ömrü boyu Azərbaycanın istiqlalı uğrunda durmadan mübarizə aparmış, tariximizə və mədəniyyətimizə aid çox dəyərli əsərlər yaratmışdır. Təəssüf ki, onun çox az sayda əsəri Azərbaycanda nəşr olunmuşdur. M.B.Məmmədzadənin “Azərbaycan tarixində türk Albaniya” və “Ermənilər və İran” əsərləri xüsusiylə dəyərlidir”.

Daha sonra tədbir iştirakçılarından Cavanşir Beydullayev, Rizvan Hüseyn, Faiq Ələkbərli, Mailə Bayramova, Yusif Baba, Elman Cəlilov və b.-nın sual və fikirləri ilə diskussiya davam etdirildi.
Xeberdar.net
“Mirzə Bala Məmmədzadə və Türk dünyası” mövzusunda növbəti diskussiya...
“Mirzə Bala Məmmədzadə və Türk dünyası” mövzusunda növbəti diskussiya...
“Mirzə Bala Məmmədzadə və Türk dünyası” mövzusunda növbəti diskussiya...
“Mirzə Bala Məmmədzadə və Türk dünyası” mövzusunda növbəti diskussiya...
“Mirzə Bala Məmmədzadə və Türk dünyası” mövzusunda növbəti diskussiya...

“Mirzə Bala Məmmədzadə və Türk dünyası” mövzusunda növbəti diskussiya...

  • 23-04-2017, 17:10
  • 724


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Qobustan rayonunda COVİD-19 infeksiyası ilə bağlı reyd keçirilib- FOTOLAR
  2. DAHA BİR ŞİRVANLI MƏMUR HƏBSİN ASTANASINDA – Xanəli Əzizov süpürgəçi qadına əxlaqsız təklif edib, polisi döyməsi ilə öyünüb
  3. Daha bir rayon su böhranı ilə üz-üzə
  4. "ASAN xidmət" icazə sistemi ilə bağlı yeni məlumat yaydı
  5. Türkiyə Azərbaycana yardım göndərdi –Koronavirusa görə
  6. DİN Koronavirusla bağlı əməliyyat keçirdi -BÖLGƏLƏRDƏ
  7. Bakıda marketlərdə polis postları yaradıldı - FOTO
  8. Özgələşdirilən və özgəninkiləşdirilən Bakımız
  9. Fizuli İcra başçısının “tender əməliyyatları” – Yaxud yeni yaranan 10 manatlıq “möcüzəvi şirkətlər”
  10. Bakıda karantini pozan çay evinin icarədarı 2 min manat cərimələndi - Fotolar
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MARAQLI