Dövlət Gömrük Komitəsindən “Sınıq Körpü”dəki dava ilə bağlı - Məlumat

Dövlət Gömrük Komitəsindən “Sınıq Körpü”dəki dava ilə bağlı - Məlumat
Dövlət Gömrük Komitəsi "Sınıq Körpü” gömrük postunda kütləvi davanın baş verməsi və gömrük işçisinin döyülməsi ilə bağlı yayılan məlumata aydınlıq gətirib.

Dövlət Gömrük Komitəsi Mətbuat Xidmətindən BakiPost.az-a daxil olan məlumatda deyilir: "Bu gün bir sıra kütləvi informasiya vasitələrində Tovuz Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən "Sınıq Körpü” gömrük postunda kütləvi dava baş verməsi, hadisə nəticəsində "Sınıq Körpü” gömrük postunun əməkdaşının xəsarət alması barədə həqiqətə uyğun olmayan məlumat yayılıb”.

Dövlət Gömrük Komitəsi bildirir ki, "Sınıq Körpü” gömrük postunda "dispetçer” vəzifəsi yoxdur və ümumiyyətlə bu postda Tural Musayev adlı gömrük əməkdaşı işləmir. Gün ərzində də gömrük postunun ərazisində hər hansı insident baş verməyib və gömrük postu gündəlik iş şəraitində fəaliyyətini davam etdirir.

"Dövlət Gömrük Komitəsi bir daha media qurumlarını və jurnalistləri komitə, onun əməkdaşları və ya fəaliyyəti barədə məlumat yayımlayarkən diqqətli olmağa, dəqiqləşdirilməmiş məlumatları yayımlamaqdan çəkinməyə dəvət edir”,- deyə məlumatda bildirilir.

Dövlət Gömrük Komitəsindən “Sınıq Körpü”dəki dava ilə bağlı - Məlumat

  • 25-04-2017, 22:34
  • 300


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Universitetin sabiq müəllimi ADMİU-də baş verənlərlə bağlı Prezidentə müraciət etdi- ŞOK FAKTLAR
  2. Xaçmaz bazarında baş verənlər - xüsusi reportaj+VİDEO
  3. Keçmiş Maliyyə nazirindən Baş nazir dəyişikliyinə şərh:"İndiki həssas dönəmdə onun təyinatı təsadüfi deyil"
  4. "Qrunt suları torpaqları sıradan çıxarır, Meliorasiya heç bir İŞ GÖRMÜR" - GİLEY
  5. “Beynində yüz tülkü” olan “rus çarı” və başı İraqa qarışmış Ruhani:100 MİNLİK TÜRK GÜCÜ SURİYADA SON SÖZÜNÜ DEMƏYƏ HAZIRLAŞIR – Təhlil
  6. Sıra icra başçılarına çatdı... - Ələmə gözlənilir...
  7. “NƏ PULUMUZU QAYTARIR, NƏ DƏ EV VERİR…” – “Gedib ofisində tapırıq, lakin dərhal “aradan çıxır”
  8. Paşinyan 3 saatlıq məxfi görüş keçirdi...-İşğalçı rejim gərginlikdə...
  9. “Qarabağ Azərbaycandır!” Hərəkatı yaratmalıyıq” – Əli Əhmədov
  10. Təsəvvüf, Vəhdəti-vücud və An-i daimin qısa şərhi
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MARAQLI