NIZAMI RAYON İCRA HAKIMIYYƏTI QANUNSUZ TIKILININ SAHIBINI HIMAYƏ EDIR- VIDEO

NIZAMI RAYON  İCRA  HAKIMIYYƏTI  QANUNSUZ  TIKILININ SAHIBINI  HIMAYƏ EDIR- VIDEO

“Dövlət bizik, sən hələ bizi tanımırsan. Biz sizin başınıza oyun açarıq. Xoşunuza gəlmirsə evinizi satın, çıxıb gedin. Biz icra ilə danışmışıq. 20 min manat icraya pul vermişik. Bizim arxamızda İcra başçısı Arif Qasımov və müavini Ramiz Abdullayev durur”.

Hər il qanunsuz tikili adı altında minlərl vətəndaşın böyük zəhməti bahasına tikdirdiyi mülküyyətlər sökülür. Nizami rayonunda isə İcra Hakimiyyəti və FHN nümayəndələri qanunsuz tikilinin sökülməsinin qarşısını alır.
Niazami rayonu, Naxçıvanski küçəsi bina 39 mənzil 41 ünvanda yaşayan İbadov Elvin Nadir oğlu yaşadığı binanın qarşısında, arxasında və zirzəmisində qonşusu Əhmədov Rəşadın qanunsuz tikdirdiyi tikililərdən şikayətçidir.
Sakin deyir ki, aparılan qanunsuz tikili binaya ciddi ziyan vurub. Təməlində aparılan işlər binanı təhlükəli vəziyyətə salıb. Dəfələrlə baş verən qanunsuzluqlarla bağlı aidiyyatı qurumlara müraciət edib. 2015-ci ildə binanın qarşı tərəfində aparılan tikinti işləri dayandırılıb və qazıntı doldurulub. 2016-ci ilin dekabrında isə kimlərinsə himayəsi ilə tikinti davam etdirilib. Mübahisə yenidən alovlanıb. Bundan sonra yazmadığı, şikayət etmədiyi qurum qalmayıb. FHN qanunsuz tikilinin sökülməsi ilə bağlı akt tərtib edib. İcra hakimiyyəti də qanunsuz tikilinin sökülməsi ilə bağlı məktub yollayıb. Lakin qanunsuz tikinti dayandırılmaq, sökülmək əvəzinə davam etdirilir. Bu işə isə İcra hakimiyyəti və FHN-dən olan bəzi nümayəndələr himayədarlıq edir.
E Əhmədov iddia edirki, Əhmədov Rəşad və qaynanası Süleymanova Novella mübahisə zamanı ona deyiblər:
“Dövlət bizik, sən hələ bizi tanımırsan. Biz naxçıvanlıyıq başınıza oyun açarıq. Xoşunuza gəlmirsə evinizi satıb, gedin. Biz icra ilə danışmışıq. 20 min manat icraya pul vermişik. Bizim arxamızda İcra başçısı Arif Qasımov və müavini Ramiz Abdullayev durur”.
E.İbadov deyir ki, həmin vaxt Rəşad Əhmədovla mübahisə edərəkən, qaynanası Novella Süleymanova onun sol ayağından kürəklə vurub. Bundan sonra o, R.Əhmədov və onun qaynatası Akif tərəfindən döyülüb. Ciddi xəsarət aldığı üçün xəstəxanaya yerləşdirilib. İki aya qədər müalicə alıb.Səhhəti hələ də tam bərpa olunmayıb. Döyüldüyü üçün hüquq-mühafizə orqanlarına müraciət edib. Məhkəmə isə cavabdeh tərəfi cəzalandırmayıb.
Xeberdar.net hadisə yerində olub, çəkiliş aparıb və başverənlərlə bağlı E. Ibadovdan müsahibə götürüb. Həmin videomüsahibəni oxuculara təqdim edirik:



Məsləni gündəmdə saxlayacağıq.

Redaksiyadan: Qarşı tərəf kimi videoda adı keçən bütün qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Xeberdar.net

NIZAMI RAYON İCRA HAKIMIYYƏTI QANUNSUZ TIKILININ SAHIBINI HIMAYƏ EDIR- VIDEO

  • 27-04-2017, 10:14
  • 977


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. İqbal Ağazadə; "İranla bağlanan o saziş təkcə siyasi deyil, həm də iqtisadi cəhətdən də nə qədər ziyanımızadır,.."
  2. “Məməmmədli” kəndinin probelmləri Türkiyənin televiziyasında yayımlanıb
  3. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu xüsusi müsabiqənin qaliblərini mükafatlandıracaq – FOTO
  4. SAAKAŞVİLİ RUSİYA PREZİDENTİ HAQDA SENSASİON AÇIQLAMALAR VERDİ:"Sarkozi qorxmuş vəziyyətdə danışdı ki, Putin zombiləşib, o, çox təhlükəli adamdır..." - VİDEO
  5. Elman Abbasov: "Proseslərin bu şəkildə davam etməsi ciddi problemlərə gətirib çıxara bilər"
  6. Azərbaycanda əmək müqaviləsinin forması dəyişdirilir
  7. Azərbaycandan milyonlarla pulu çıxaran şəxslər kimlərdir? — DTX əməliyyatının ŞOK DETALLARI
  8. SABİQ NAZİRİN ŞİRKƏTİ 10 MİLYONLUQ TENDERİN QALİBİ OLUB - Son 9 ay ərzində ikinci dəfə
  9. "Ölkədə durum o qədər ciddiləşməkdədir ki, hər hansı kiçik bir hadisədən belə hər an böyük bir proses baş verə bilər" - Hürrü Əliyev
  10. Deputat karantin rejiminin qaydalarını pozub - FOTO
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MARAQLI