ADU-da akademik heyət üçün seminar keçirildi

ADU-da akademik heyət üçün seminar keçirildiAprelin 27-də Azərbaycan Dillər Universitetində (ADU) “Öyrənmə nəticələri, sillabus tərtibatı və qiymətləndirmə” mövzusunda seminar təşkil olunub. Universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Jalə Qəribova tərəfindən aparılan seminar ADU-nun akademik heyəti üçün nəzərdə tutulub.

J.Qəribova nümunələr əsasında təlimin nəticələri və onun qiymətləndirmə ilə bağlılığı, qiymətləndirmənin meyarları, dilin tədrisi, dil vərdişlərinin qiymətləndirilməsi, dil tədrisində təlim tapşırığının növləri haqqında məlumat verib. Təlimin nəticələrinin bu proqramın və ya modulun konkret məqsədlərini özündə ehtiva etdiyini bildirən dosent tələbələrin kursun sonunda sərbəst şəkildə fakt və məlumat əldə edəcəyini, özlərinin və digərlərinin araşdırmalarına tənqidi yanaşa biləcəyini diqqətə çatdırıb. O, öyrənmə situasiyasının təhlil olunması məsələsinə toxunub, sillabusda qoyulan tələblərin aydın şərh olunmasının vacibliyini vurğulayıb. J.Qəribova ABŞ universitetlərində qiymətləndirmə nümunələrindən söz açıb, Avropa Şurasının dillərin öyrənilməsinə yönəlmiş fəlsəfəsi barədə danışıb.

Xeberdar.net

ADU-da akademik heyət üçün seminar keçirildi

  • 27-04-2017, 15:04
  • 142


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Sürgündə Güney Azərbaycan Parlamenti və Dövlət
  2. Ramana köçkün qəsəbəsində yaşayan məcburi köçkünlərə təlim keçirildi
  3. Diaqnostik imtahandan keçən müəllimlərin maaşlarının məbləği – CƏDVƏL
  4. Şamaxıda direktordan şəhidə hörmətsizlik – Foto
  5. Əli Kərimlinin mühafizəçisi həbs edildi – Məhkəmə
  6. Yanğın və Səbəbləri
  7. Deputat Musa Quliyev:"Siyavuş Novruzovun əlində fakt varsa, hüquq-mühafizə orqanlarına təqdim etsin"
  8. Stadiona buraxılmayan, özünü yandıran qadın ölüb –İranda
  9. Dinozavrları məhv edən meteoritin dünya ilə toqquşduğu gün nə baş verib? –Araşdırma
  10. Məşhur əxlaqsızlıq yuvasını işlədənlər hakim qarşısında- ikisi qardaşdı
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MARAQLI