Bayram Hüseynzadə YAP Universitet ərazi təşkilatının sədri seçildi


Bayram Hüseynzadə YAP Universitet ərazi təşkilatının sədri seçildiYeni Azərbaycan Partiyası Bakı Mühəndislik Universitetində ərazi ilk partiya təşkilatının təsis konfransı keçirilib. Konfransda universitet rəhbərliyi, müəllim - tələbə heyəti ilə yanaşı Abşeron icra hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov, YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev və Respublika YAP Gənclər Birliyinin sədri Seymur Orucov iştirak edib.

Konfransı açıq elan edən universitetin rektoru, professor Havar Məmmədov YAP-ın Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi ilə ziyalılar tərəfindən qurulduğunu, məqsədinin xalqımıza, dövlətimizə xidmət etmək olduğunu vurğulayıb. Rektor qeyd edib ki, BMU yeni yaranmış universitetdir və burada təsis edilən ərazi ilk partiya təşkilatına kollektivdən 200 nəfərdən çox könüllü olaraq üzvlük üçün müraciət edilib.
Bayram Hüseynzadə YAP Universitet ərazi təşkilatının sədri seçildi
Professor Əjdər Ağayev, iqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Yaşar Etibarlı, müəllimlər Xanlar Heydərov və Turac Məmmədova YAP-ın dövlət müstəqilliyimizin möhkəmlənməsində, ölkəmizin inkişafında olan xidmətindən danışaraq qeyd ediblər ki, əməlimizlə yeni yaradılan təşkilatın layiqli inkişafı üçün çalışacağıq.

YAP Gənclər Birliyinin sədri Seymur Orucov bu günü tarixi bir gün adlandırıb. Partiyanın Azərbaycan cəmiyyətinə verdiyi töhvələrdən danışaraq qeyd edib ki, YAP Azərbaycan cəmiyyətinə siyasi mədəniyyət və demokratiya gətirib. YAP Gənclər birliyi olaraq BMU ilə əlaqələrin inkişafında maraqlı olduqlarını, birlikdə layihələr həyata keçirə biləcəklərini qeyd edib.

YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev ötən əsrin 80-ci illərin sonlarında baş verən hadisələrdən və 90-cı illərin əvvəllərində hakimiyyətə gələn səriştəsiz insanların ölkəmizə vurduğu ziyandan danışıb. YAP-ın yaranmasına və hakimiyyətə gəlməsinə diqqət çəkən natiq qeyd edib ki, bu yol heç də asan olmayıb. Xalqımızın təkidi və tələbi ilə hakimiyyətə gətirilən YAP şərəflə dövlətimizə və xalqımıza xidmət etməkdədir.

Sonda YAP Bakı Mühəndislik Universitetində ərazi ilk partiya təşkilatı təsis edilib və idarə heyətinə 9 nəfər üzv seçilib. Üzvlər arasından universitetin Humanitar və Sosial məsələlər üzrə prorektoru Bayram Hüseynzadə təşkilatın sədri seçilib.

Xeberdar.net

Bayram Hüseynzadə YAP Universitet ərazi təşkilatının sədri seçildi

  • 27-04-2017, 15:11
  • 149


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Vaqif Əliyevin qohumlarının tender talanı???-VİDEO
  2. Dünyanın ən çox spirtli içki içilən ölkələri – SİYAHI
  3. Sabah hava necə olacaq –Proqnoz
  4. Adil Vəliyev "SAĞ ƏLİ"Nİ azadlığa çıxardı - 280 min rüşvətlə tutulmuşdu...
  5. Göyçayda "Nar" festivalı keçirilib - FOTO/VİDEO
  6. Avropa Şurasına sədrlik Gürcüstana keçəcək –Noyabrın 27-dən
  7. Gəncədəki qətllə bağlı DİN və Prokurorluq məlumat yaydı
  8. “Cinayət törətməkdə şübhəli bilinən 44 nəfər saxlanılıb” –DİN açıqlama yaydı
  9. MSK sədri vəd verdi:“Bələdiyyə seçkiləri tam demokratik şəkildə keçiriləcək”
  10. Ərdoğan ABŞ-a səfər edib –Trampla görüşdə nələr müzakirə olunacaq?
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MARAQLI