Həbsdə olan MTN polkovniki: 'Özümə qəsd edəcəyəm'

Həbsdə olan MTN polkovniki: 'Özümə qəsd edəcəyəm'
Texnikabank


MTN-in Baş İstintaq İdarəsinin sabiq şöbə rəisi, hazırda isə həbsdə olan polkovnik Vüsal Ələkbərov deyir ki, 2009-cu ildən mənzil növbəsində olsa da, ona ev verən olmayıb. Ona görə məcbur qalıb ipoteka götürməklə, özünə iki otaqlı ev alıb. 2009-cu ildən 2015-ci ilə qədər də hər ay maaşından 400 manat kredit ödəyib.

Bütün bunlar haqda Vüsal Ələkbərov aprelin 28-də öz məhkəməsində danışıb.

MTN polkovnikinin işinə Bakı Hərbi Məhkəməsində Siyavuş Hacıyevin sədrlik etdiyi hakimlər kollegiyası baxır. Vüsal Ələkbərov müxtəlif sahibkarlara, özəlliklə "Texnikabank"da böyük məbləğdə əmanəti olanlara hədə-qorxu gəlməklə, yaxud da bir müddət həbsdə saxlamaqla, onların pulunu almaqda suçlanır.

"MTN-nin düşdüyü vəziyyətdən istifadə edib mənə böhtan atırlar"

Amma aprelin 28-də Vüsal Ələkbərov məhkəmədə ifadə verərkən, özünü təqsirli bilməyib. Deyib ki, ittihamlar da, zərərçəkmiş qismində tanınan şəxslərin onun haqqında söylədikləri də yalandır.

MTN polkovniki "Texnikabank"ın "Bakı" filialının rəhbəri olmuş Zal Yusifov haqqındakı cinayət işinin istintaqından da danışıb. Deyib ki, Zal Yusifovla yanaşı, indi onun işində zərərçəkmiş olan Nizami Kazımov və Hüseyn Səfərov barəsində də CM-nin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə cinayət işi başlanıb:

"Nizami Kazımov və Hüseyn Səfərov bir qrup vətəndaşdan topladığı pulları Zal Yusifova verib. Zal Yusifov da həmin vəsaitləri bankın balansına köçürmək əvəzinə, öz şəxsi maraqlarına sərf edib. Nizami Kazımov və Hüseyn Səfərov bu vəsaitlərin müqabilində Zal Yusifovdan 6 faiz gəlir götürüblər. Onlar həmin gəlirin 2 faizini əmanətçiyə, qalan 4 faizini isə özlərinə götürüblər. Həmin vaxt Nizami Kazımov kürəkəni Samir Nadirlinin 704 min avrosunu da Zal Yusifova verib. Bu pula görə də aldığı 6 faizlik gəlirin 2 faizini kürəkəninə verib, qalan 4 faizini isə özünə götürüb. Sonradan əlavə gəlir verilmədiyi üçün Samir Nadirli və pulu depozitdə olan başqa adamlar şikayət eləməyə başladılar. Ona görə Nizami Kazımov da həbs olundu. Yaxınları zərərçəkmişlərə dəymiş ziyanı ödəyəndən sonra onun barəsində qətimkan tədbiri dəyişdirildi və həbsdən buraxıldı. Mən hədə-qorxu yolu ilə Nizami Kazımovdan, başqalarından pul tələb etməmişəm. MTN-nin düşdüyü vəziyyətdən istifadə edirlər, mənə böhtan atırlar, bu yolla qazanc əldə etməyə çalışırlar. Onlar məndən qisas alırlar”.

"Yoxsa onlar mənə sui-qəsd edəcəklər”

Vüsal Kazımovun sözlərinə görə, zərərçəkmiş Hüseyn Səfərov da ona böhtan atır. MTN polkovniki deyir ki, Səfərovun cinayəti sübuta yetirilmişdi, sadəcə, o, xəstəliyinə görə həbsdən buraxıldı. "Xahiş edirəm, Zal Yusifov və digərləri ilə bağlı cinayət işinə bu məhkəmədə baxış keçirilsin. Əks halda, özümə qəsd edəcəm. Bunun da günahı məhkəmənin üzərində olacaq”, - Vüsal Ələkbərov belə deyib.

Hakim MTN polkovnikinin son fikirlərini məhkəməni şantaj etmək kimi dəyərləndirib. Vüsal Ələkbərov isə bunun şantaj olmadığını deyir: "Bunun araşdırılmasını istəməyənlər var. Əks halda onlar mənə sui-qəsd edəcəklər”. Vüsal Ələkbərovun məhkəməsi mayın 12-də davam edəcək./azadliq.org/

Həbsdə olan MTN polkovniki: 'Özümə qəsd edəcəyəm'

  • 28-04-2017, 21:48
  • 369


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Unutmayaq ki,biz müəllimik" - Müəllim Günay Bayramlı - TƏHSİL
  2. Azərbaycan Respublikasının e-ticarət qanunvericiliyi mövzusunda ikinci onlayn təlim keçrildi
  3. "Bakı Metropoliteni"nin idarə rəisi işdən çıxıb
  4. Şirkət direktoruna 500 min dollarını mənimsədiyi xanım iş adamından ŞOK İTTİHAM -- VİDEO / FAKT
  5. Livan erməniləri Dağlıq Qarabağa köçürülür
  6. Payızda bu ölkələrdə COVID-19-dan ölənlərin sayı artacaq - ÜST
  7. İCRA BAŞÇISI VİLLASININ ƏTRAFINA YAŞILLIQ SALDI - Sakinlərin yolunu kəsdi + VİDEO
  8. RUS-TÜRK BİRGƏ PATRULUNDAN NƏ SORAQ VAR? –Suriyalı qaçqınlar bir ifratdan digərinə sığınır
  9. DÖVLƏT SƏRHƏDİNDƏ ERMƏNİ TƏXRİBATI - Hərbçimiz yaralanıb
  10. Türkiyənin ilk uçan avtomobilinin sınağı uğurla başa çatdı - VİDEO
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MARAQLI