Qax sakini vannada narkotik əkirmiş

Qax sakini vannada narkotik əkirmiş

Qaxda narkotik tərkibli bitkiləri öz həyətində əkib-becərən şəxs tutulub. Onun evindən 116 ədən çətənə bitkisinin kolu götürülüb.

Qax rayon polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri nəticəsində evində narkotik tərkibli bitkilər əkib-becərən 31 yaşlı şəxs saxlanılıb. Saxlanılan Elşən Musayev yabanı halda bitmiş çətənə bitkilərinin toxumlarını Qanlı Qobu adlanan ərazinin yaxınlığındakı sahələrdən yığdığını bildirib. Həmin toxumları 2017-ci ilin martında yaşadığı fərdi yaşayış evinin həyətində dəmir vannada aqrotexniki qaydada qulluq edərək yetişdirib. Onun sözlərinə görə, narkotik vasitə istifadəçisidir və şəxsi istifadəsi üçün bu əmələ əl atıb.

Qeyd edilən faktla bağlı Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə cinayət işi başlanılıb və Qax rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətiimkan tədbiri götürülüb. (ARB TV)

Qax sakini vannada narkotik əkirmiş

  • 28-04-2017, 22:20
  • 348


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. İqbal Ağazadə koronavirusdan ölən baş redaktordan yazdı: "Füzulimi yaddaşlara köçürən son oğlan"
  2. Elman Abbasov: "Proseslərin bu şəkildə davam etməsi ciddi problemlərə gətirib çıxara bilər"
  3. "Boş boş şüarlar və pafoslu çıxışlarla özlərində siyasi lider obrazı yaradıb milləti yola verməklə məşğuldurlar."- HÜRRÜ ƏLİYEV
  4. Təhsil Naziri Ceyhun Bayramova MÜRACİƏT…
  5. 30 iyunda gözlənilən hava şəraiti
  6. Qobustanda taxıl biçini davam etdirilir - FOTOLAR
  7. Polis əməliyyat keçirdi, saxlanılanlar var –DİN
  8. Azərbaycan Hərbi Dəniz Qüvvələrinə yeni komandan təyin edilib
  9. Deputatın mülkləri - siyahı
  10. Siyəzəndə quş ətinin çəkisini su vuraraq artıran müəssisə aşkarlanıb - VİDEO
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MARAQLI