İxtisasartırma müəssisələrinin elmi-tədqiqat işləri aparmaq hüququ ləğv edilib

İxtisasartırma müəssisələrinin elmi-tədqiqat işləri aparmaq hüququ ləğv edilibNazirlər Kabineti “İxtisasartırma və kadrların yenidən hazırlanması müəssisələrinin nümunəvi Əsasnaməsi”ndə dəyişikliklər edib.

APA-nın məlumatına görə, əsasnaməyə əsasən, kadrların ixtisasının artırılması və yenidən hazırlanmasını həyata keçirən tədris müəssisələrinə nazirliklər, şirkətlər, idarәlәr və digər qurumların yanında fəaliyyət göstərən, bunun üçün hüquqi şəxs statusuna malik olan sahə və zona ixtisasartırma və yenidən hazırlanma institutları, onların filialları, istinad məntəqələri, müstəqil sahə kursları, ali məktəblərin nəzdində ixtisasartırma və yenidən hazırlanma fakültələri, baza kafedraları, baza müəssisələri aiddir.

Tədris müəssisələrində dinləyicilərin komplektləşdirilməsi dövlət sifarişi nәzәrә alınmaqla nazirlik, idarə, birlik, müəssisə, təşkilatlarla, eləcə də vətəndaşlarla bağlanmış müqavilələr əsasında yerinә yetirilir. Tədris müəssisəsi buna uyğun olaraq dinləyicilərin cari və perspektiv kurs tədbirləri planını tərtib edir. Dövlət mülkiyyət növündən asılı olmayaraq, ixtisasartırma və kadrların yenidən hazırlanması müəssisələrinə qəbulda, tələbələrin təqaüdlə təmin edilməsində, tədris planının seçilməsində və biliyin qiymətləndirilməsində kişi və qadınlar üçün bərabər imkanlar yaradılmasını təmin edir

İndiyə qədər bu tədris müəssisələrinin hüquq və vəzifələri sırasına ixtisasartırma və yenidən hazırlanmanın aktual problemləri üzrə elmi-tədqiqat işlərinin yerinə yetirilməsi də daxil olub. Dəyişikliyə əsasən, ixtisasartırma və kadrların yenidən hazırlanması müəssisələri üçün müəyyənləşdirilmiş bu hüquq və vəzifə ləğv edilib.


Müvafiq olaraq bu tədris müəssisələrinin professor-müəllim heyətinin əsas iş yerində və ya elmi-tədqiqat, layihə-konstruktor və digər təşkilatlarda müəyyən edilmiş qaydada elmi iş aparmaq və elmi tədqiqatlar aparmaq, onların nəticələrinin istehsalatda tətbiqində iştirak etmək, əldə edilmiş elmi nailiyyətlərdən tədris prosesində istifadə etməklə bağlı hüquq və vəzifələri ləğv olunub.

Xeberdar.net

İxtisasartırma müəssisələrinin elmi-tədqiqat işləri aparmaq hüququ ləğv edilib

  • 29-04-2017, 14:54
  • 202


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "...Zaman itirmədən hərəkət edilməlidir.Əks halda hər məsələ üçün çox gec olacaq"- HÜRRÜ ƏLİYEV
  2. MƏMUR-OLİQARXLARA DAHA BİR ZƏRBƏ HAZIRLIĞI - Xaricdəki mülkləri də müsadirə olunacaq!
  3. Baş Prokurorluq Gəncədəki qətllə bağlı məlumat yaydı
  4. DYP:"Cərimələri ödəməyənlərin əmlakı və mülkiyyətlərinin üzərinə həbs qoyula bilər"
  5. Alim: "1918-ci ildə Azərbaycan türkləri demokratik cümhuriyyət qurmağa qadir və layiq olduqlarını sübut etdi"
  6. "Şanlı tariximizin bir günü" - Nərimanov rayon Gənclər və İdman İdarəsi onlayn tədbir keçirdi -FOTOLAR
  7. Sabah hava necə olacaq? –Proqnoz
  8. İt döyüşləri təşkil edən 6 nəfərin kimliyi məlum olub
  9. Təbriz Məhərrəmoğlu “Xüsusi xidmətlərə görə” Ordeni ilə təltif edildi
  10. Millət vəkili Şahin Seyidzadə Uşaqları belə təbrik etdi- FOTO
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MARAQLI