Faiq Ələkbərli: “Türk birliyinin gerçəkləşməsi yolunda yeni missiya Türküstan və Azərbaycan türklərinin üzərinə düşməkdədir”-FOTOLAR

Faiq Ələkbərli: “Türk birliyinin gerçəkləşməsi yolunda yeni missiya Türküstan və Azərbaycan türklərinin üzərinə düşməkdədir”-FOTOLAR
Azərbaycan Türk aydını Qazaxıstanda dini ayrı seçkilikdən uzaq Türkçülük məfkurəsinin yeni prinsiplərini açıqlayıb

AMEA Fəlsəfə İnstitutunun əməkdaşı, eyni zamanda Bütöv Azərbaycan Ocaqlarının (BAO) Türk Dünyasıyla Əlaqələr üzrə müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli (Qəzənfəroğlu) 26-28 aprel 2017-ci il tarixlərində Qazaxıstanın Türküstan şəhərində Uluslararası Xoca Əhməd Yəsəvi Türk-Qazax Universitetinin düzənlədiyi Uluslararası Sosial Elmlər Konqresi: Türküstan Forumu III - "Küreselleşme Sürecinde Türk Dünyasının Geleceği, Fırsatlar ve Tehditler" adlı elmi konfransda iştirak etmişdir. Beynəlxalq konfransda Türksoylu ölkələrin (Şimali Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Tatarıstan və b.) alimləri ilə yanaşı, digər dövlətlərin nümayəndələri də qatılıblar.
Xeberdar.net-in məlumatına görə, Azərbaycan Türk aydını Faiq Ələkbərli məruzəsində bildirdi ki, artıq türkçülük ya da Türk birliyi məfkurəsini yenidən gözdən keçirməyin zamanıdır. Onun sözlərinə görə, bunun üçün ilk növbədə, Türk tarixi yenidən dəyərləndirilməli, Türk-Turan irqinin ortaq tarixi yazılmalı, zorunlu olaraq orta və ali təhsildə yer almalıdır. Ortaq Türk tarixi qələmə alınarkən də Avropa, ABŞ, Rusiya və digər xalqlara aid araşdırmaçıların əsərlərinin təsirindən uzaq durulması bir şərt olmalı, əsasən Türk-Turan qaynaqlarına istinad edilməlidir. Özəlliklə, son iki yüz ildə Türk tarixinin yadelli araşdırmaçılar tərəfindən saxtalaşdırıl¬ması nəzərə alınmalıdır. Bu anlamda Türklərin Anadoluya, Suriyaya, İraqa, Azərbaycana gəlmə olması məsələsi Türk tarix kitablarından qaldırılmalıdır. Çünki türklər bu torpaqların yerli xalqıdır.
Faiq Ələkbərli: “Türk birliyinin gerçəkləşməsi yolunda yeni missiya Türküstan və Azərbaycan türklərinin üzərinə düşməkdədir”-FOTOLAR
Azərbaycan alimi onu da bildirdi ki, tarixdə Hind, Yunan, Roma, Çin, Alman, İngilis, Fransız, Ərəb və bşaqa xalqların fəlsəfələri ilə yanaşı, onlardan heç də az dəyərə malik olmayan Türk fəlsəfəsi də olmuşdur: “Çox yazıqlar olsun ki, Türk kültürü və Türk sivilizasiyası kimi Türk fəlsəfəsini bu günədək sistemli hala gətirməyi bacara bilməmişik. Əslində bir ulusun tarixi, kültürü, fəlsəfəsi bir bütündür, biri o birini tamamlar. Necə ki, yunanlar, çinlililər, hindlilər, fransızlar, almanlar və başqaları belə etmişlər. Hesab edirik ki, Türk fəlsəfəsinin ana xəttini Türklük, Tanrıçılıq və İnsanlıq dəyərlərinin vəhdəti, bütünlüyü təşkil edir. Yəni Türkün fəlsəfəsi Tanrıçılıq və İnsanlıq fəlsəfəsinin vəhdətidir”.
Faiq Ələkbərliyə görə, Türk-Turan sivilizasiyası açısından Türk düşüncəsi olan Tanrıçılıqla İslamlığın oxşar və fərqli cəhətlərinin dəyərləndirlməsinə də ciddi ehtiyac vardır: “Çünki bu gün də Türklük və İslamlığın biri-birinə zidd olması, İslam dininin Türklüyün inkişafında əngəl olması kimi fikirlər mövcuddur. Bir məqama diqqət yetirək ki, doğrudan da son əsrlərdə Türk mədəniyyəti daha çox İslam mədəniyyətinin tərkib hissəsi kimi verilmişdir. Biz, bunu heç də çox doğru görmürük. Hesab edirik ki, Türk mədəniyyətini Buddizm, İudaizm, Xristianlıq, İslam mədəniyyətləri kölgəsində vermək yanlışdır. Bizim məqsədimiz Türk fəlsəfəsinin, Türk mədəniyyətinin özünəməxsusluğunu ortaya qoymaq olmalıdır”.
Azərbaycan türk aydını çıxışında onu da vurğuladı ki, Türk-İslam birliyi adı altında müsəlman olmayan digər türklərin, yəni xristian türklərin, buddist türklərin, şamanist türklərin Türk Birliyindən kənarda tutulması da qətiyyən doğru deyildir. Onun sözlərinə görə, bu anlamda Türk Birliyini yalnız bu və ya digər formada Avropa, Rusiya, Çin, Ərəb və digər birliklərin yanında görmək çıxış yolu ola bilməz. Türk birliyi heç bir dini ayrı-seçklik qoyulmadan yalnız Türk xalqları, Türk dövlətləri arasında gerçəkləşməlidir. F.Ələkbərli dedi ki, 20-ci əsrin sonlarında yeni müstəqil Türk dövlətləri ortaya çıxdıqdan sonra Türk birliyi ideyasının başında gələn Türkiyə bununn gerçəkləşməsi yolunda ümidləri doğrultmadı. Buna səbəb də bir tərəfdən Türkiyənin ümmətçilik duyğularından qopa bilməməsi, digər tərəfdən Qərb mədəniyyətini düzgün dəyərləndirə bilməməsidir. Azərbaycan aliminə görə, bu anlamda Türk birliyinin gerçəkləşməsi yolunda yeni missiya Türküstan və Azərbaycan türklərinin üzərinə düşməkdədir: “Bu yolda isə Əhmət Yəsəvinin dediyi kimi, Türkçülük qədərimiz, din seçimimiz, insanlıq isə vəzifəmizdir. Mən zərrə qədər şübhə etmirəm ki, yaxın zamanlarda Türk milləti yenindən dünyada ədalətin, əxlaqın, xoşgörünün bir sözlə insanlığın carçısı olacaqdır!”.
Xeberdar.net


Faiq Ələkbərli: “Türk birliyinin gerçəkləşməsi yolunda yeni missiya Türküstan və Azərbaycan türklərinin üzərinə düşməkdədir”-FOTOLAR
Faiq Ələkbərli: “Türk birliyinin gerçəkləşməsi yolunda yeni missiya Türküstan və Azərbaycan türklərinin üzərinə düşməkdədir”-FOTOLAR
Faiq Ələkbərli: “Türk birliyinin gerçəkləşməsi yolunda yeni missiya Türküstan və Azərbaycan türklərinin üzərinə düşməkdədir”-FOTOLAR

Faiq Ələkbərli: “Türk birliyinin gerçəkləşməsi yolunda yeni missiya Türküstan və Azərbaycan türklərinin üzərinə düşməkdədir”-FOTOLAR

Faiq Ələkbərli: “Türk birliyinin gerçəkləşməsi yolunda yeni missiya Türküstan və Azərbaycan türklərinin üzərinə düşməkdədir”-FOTOLAR

  • 30-04-2017, 19:51
  • 632


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Sürgündə Güney Azərbaycan Parlamenti və Dövlət
  2. Ramana köçkün qəsəbəsində yaşayan məcburi köçkünlərə təlim keçirildi
  3. Diaqnostik imtahandan keçən müəllimlərin maaşlarının məbləği – CƏDVƏL
  4. Əli Kərimlinin mühafizəçisi həbs edildi – Məhkəmə
  5. Şamaxıda direktordan şəhidə hörmətsizlik – Foto
  6. Yanğın və Səbəbləri
  7. Deputat Musa Quliyev:"Siyavuş Novruzovun əlində fakt varsa, hüquq-mühafizə orqanlarına təqdim etsin"
  8. Stadiona buraxılmayan, özünü yandıran qadın ölüb –İranda
  9. Məşhur əxlaqsızlıq yuvasını işlədənlər hakim qarşısında- ikisi qardaşdı
  10. Dinozavrları məhv edən meteoritin dünya ilə toqquşduğu gün nə baş verib? –Araşdırma
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MARAQLI