Azərbaycanda onkoloji xəstələrin sayı açıqlandı

Azərbaycanda onkoloji xəstələrin sayı açıqlandı
Azərbaycanda rəsmi qeydiyyatda olan onkoloji xəstələrin statistikası açıqlanıb.

Səhiyyə Nazirliyinin baş onkoloqu, Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli Trend-ə deyib ki, 2016-cı ilin məlumatına görə, ölkədə 43 927 nəfər onkoloji xəstə qeydiyyatdadır. 2015-ci ildə isə Azərbaycanda belə xəstələrin sayı 40 653 olub.

A.Kərimli bildirib ki, 2015-ci ildə 10 183 nəfərə, 2016-cı ildə isə 10 807 nəfərə ilk onkoloji diaqnoz qoyularaq qeydiyyata götürülüb.

Baş onkoloq əlavə edib ki, 2013-cü ildən indiyədək Azərbaycanda 620 uşaq onkoloji xəstəliyə görə qeydiyyata götürülüb. Ötən il ərzində 121 uşaq ilk dəfə olaraq onkoloji diaqnozla qeydiyyata alınıb.

A.Kərimli əlavə edib ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da ən çox təsadüf olunan onkoloji xəstəlik traxiya-bronx-ağciyər xərçəngidir. Bu xəstəlik ən çox kişilərdə rast gəlinir.

Prostat vəzinin xərçəngi də kişilər arasında rast gəlinən onkoloji xəstəliklər sırasında ilk yerləri tutur.

Qadınlar arasında isə daha çox süd vəzisi və uşaqlıq boynu xərçəngi müşahidə olunur.

A.Kərimli bildirib ki, 2015-ci ildə ilk dəfə 1693 nəfər qadına süd vəzisi xərçəngi diaqnozu qoyulmuşdusa, 2016-cı ildə bu rəqəm 1770 nəfər olub.

A.Kərimli qeyd edib ki, 2015-ci ildə profilaktik baxış zamanı 506, 2016-cı ildə 522 nəfərdə onkoloji xəstəliklər aşkarlanıb.

Baş onkoloq onkoloji xəstələrin ümumi sayını əhalisi getdikcə artan Azərbaycan üçün o qədər də böyük rəqəm saymayıb. O, eyni zamanda Azərbaycandakı onkoloji xəstələrin sayının digər ölkələrlə müqayisədə aşağı olduğunu söyləyib: "43 927 rəqəmi ilk baxışdan böyük görünə bilər. Amma demoqrafik göstəriciləri nəzərə almaq lazımdır. Artıq Azərbaycanda əhalinin sayı 10 milyona yaxınlaşır. Əhalinin artdıqca isə yalnız onkoloji deyil, digər xəstəliklərin göstəriciləri üzrə də artımın olması gözləniləndir”.

Xeberdar.net

Azərbaycanda onkoloji xəstələrin sayı açıqlandı

  • 1-05-2017, 17:31
  • 294


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Səfər Mehdiyev komitəsi: süründürməçilik, rüşvət, nifrət…korrupsiya… – Araşdırma/Video
  2. Qobu Park köçkün qəsəbəsində yaşayan məcburi köçkünlərə təlim keçirildi+FOTO
  3. Nuru Paşanın yavəri...
  4. İRANDA ŞOK BƏYANAT: "Azərbaycan bizimlə və ya bizsiz mütləq azad olacaq"
  5. MİLLƏT VƏKİLİ DEPUTAT VƏSİQƏSİNİ GİROV QOYUB – 300 min dollar borca görə
  6. Azərbaycanın çörəyi ilə çörəkli olanlar…
  7. Tamilla Qulami: "İnsanlar gördüm qarnı doysa da gözünü doyura bilməyən, insanlar gördüm, "kişilikdən" danışıb, adamlıqdan uzaq olan... "
  8. Buraxın İqbal Ağazadəni kütlənin ixtiyarına – qoy öldürsünlər!
  9. Zakir Həsənov ilk dəfə MİQ-29 qəzasından danışdı:"Pilot göydə zərbə alıb..."
  10. Yeni dərs ilinin ilk günü məktəbin tavanı çöküb – FOTOLAR
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MARAQLI