Səbaildə törədilmiş ağır cinayətin üstü açılıb

Səbaildə törədilmiş ağır cinayətin üstü açılıb
Polis və prokurorluq orqanları tərəfindən peşəkarlıqla həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Səbail rayonu ərazisində törədilmiş ağır cinayətin üstü “isti izlər”lə açılıb.

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğundan Trend-ə daxil olan birgə məlumatə görə, aprelin 30-da saat 11 radələrində Səbail rayonu ərazisində üzərində zorakılıq əlamətləri olan qadın meyitinin aşkar edilməsi ilə bağlı daxil olmuş məlumat əsasında rayon prokurorluğu və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən hadisə yerinə və meyitə məhkəmə-tibb ekspertinin işitirakı ilə baxış keçirilmiş, maddi sübutlar götürülmüş və digər zəruri təxirəsalınmaz prosessual hərəkətlər yerinə yetirilib.

Tibbi müayinə zamanı meyitin bədənində çoxsaylı xəsarətlər aşkar edilib.

Faktla bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

Araşdırmalarla mərhumənin paytaxtın Nizami rayon sakini, 1971-ci il təvəllüdlü Santrandinova Yelena Viktorovna olduğu müəyyən edilib.

İstintaq zamanı aprelin 29-da Rusiya vətəndaşı, 1970-ci il təvəllüdlü Samir Zenyukovun tanışları Alla İbrahimovanı, 1985-ci il təvəllüdlü Dmitriy Razumniyi və Yelena Santrandinovanı yaşadığı Səbail rayonundakı mənzilinə dəvət edib onlarla birlikdə yeyib-içdikdən sonra aralarında baş vermiş münaqişə zəminində D.Razumniyi ilə bir qrup şəxs halında Y.Santrandinovanın baş və bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə xəsarət yetirməklə onu qəsdən öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində S.Zenyukov və D.Razumniy şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Səbaildə törədilmiş ağır cinayətin üstü açılıb

  • 1-05-2017, 19:43
  • 393


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Korona xəstələrini sağaldan amerikalı həkim HƏR ŞEYİ AÇDI: Ən effektiv dərman budur və yoluxmamaq üçün...
  2. İqbal Ağazadə: "Ərzaq üçün müraciət edən hər bir ailəyə üzvlərinin sayına uyğun qida rasionu müəyyən edilməli, evlərə çatdırılmalıdır"
  3. Gilanın "qanlı bağı"-VİDEO
  4. Türkiyədən koronovirusla bağlı müjdəli xəbər: 6 aprel tarixində....
  5. Bu gündən bu şəxslər xidməti vəsiqə və ya iş yeri barədə arayışla evdən çıxa biləcək - SİYAHI
  6. Salyan Rayonunda koronavirus pandemiyası ilə mübarizəyə dəstək olmaq məqsədi ilə tibbi maskaların tikilməsinə başlanıb
  7. Azaqlıq Aşiqi - Ələkbər Talıbov
  8. Prezident Sumqayıt yolundakı vəziyyətə baxdı FOTO
  9. Rusiyanın ABŞ-a göndərdiyi tibbi ləvazimatlarla bağlı qalmaqal – Sanksiya qoyulan zavodda istehsal olunub
  10. Hadi Rəcəblinin daha 5 şirkəti üzə çıxdı
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI